Türkiyə 24 ildən sonra dünya çempionatında oynayacaq .....                        Ağdamda 22 yaşlı şəxs dayısı qızını üzündən bıçaqladı .....                        Azərbaycanda elektron siqaretlər qadağan olunub .....                        Türkiyə yığmasının baş məşqçisi huşunu itirdi - FOTO .....                        Azərbaycan bayrağı Ankarada Cümhuriyyət qülləsində .....                        Zaqatalada qəza - Xəsarət alanlar var .....                        Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək .....                        Fidan HƏMAS nümayəndələri ilə görüşdü .....                        Tramp: İran artıq məğlub edilib .....                       
Tarix : 15-09-2015, 08:50
Təhsil naziri: "15 sentyabr təkcə “Bilik günü” deyil"


Təhsil naziri Mikayıl Cabbarov Bilik Günü və birincilərin yeni tədris ilinə başlamaları ilə bağlı təbrik ünvanlayıb. Butov.az təhsil nazirinin təbrik məktubunu təqdim edir.

- Əziz müəllimlər, məktəblilər, valideynlər və əlbəttə ki, birincilər!

15 sentyabr təkcə “Bilik günü” deyil, həm də hər birimizin həyatında yeni başlanğıc anı və təqvimidir.

Dövlət başçımızın təhsilə xüsusi qayğısı nəticəsində bu sahədə uğurlu addımlar günbəgün öz bəhrəsini verir. Ölkəmiz daha böyük, daha qüdrətli olur.

Uzun tətildən sonra yeni qüvvə ilə tədrisə başlayırsınız. Sizi qaynar məktəb həyatı, sevimli müəllimləriniz, məktəbli dostlarınız, yeni tapşırıqlar və bir sözlə maraqlı anlar gözləyir.

İlbəil məktəblərimizə gələn birincilərin sayı artmaqda davam edir. Bu il məktəbə ilk dəfə qədəm qoyacaq birinciləri təbrik edirəm, onlara demək istəyirəm ki, təhsil ən maraqlı, yaradıcı və əyləncəli məşğuliyyətdir.

Əziz şagirdlər! Biz sizinlə birlikdə sabaha baxırıq. Sizin qazandığınız bilik və bacarıqlar sizin hər birinizin həyat uğurunun zəruri şərtidir. Sizin uğurunuz Azərbaycanın uğurudur. Ölkəmizin gələcəyi, onun dünya ölkələri arasında şərəfli yer tutması üçün bu çox vacibdir. Əminəm ki, bunun üçün daim öyrənməyi, axtarmağı və araşdırmağı siz öz həyat vərdişinizə, xarakterinizə çevirəcəksiniz. Təhsilin bizə göstərdiyi bu yol uğur qazanmağın, özünütəsdiqin ən şərəfli yoludur.

Əziz müəllimlər! Bilik çırağını yandıran müəllim təkcə bu missiya ilə deyil, həm də vətəndaş tərbiyəsi ilə məşğuldur. Uğurlu şagird-tələbə, uğurlu təhsil müəssisəsi, uğurlu vətəndaş - sonda uğurlu cəmiyyət deməkdir. Bu həlqəni birləşdirən isə məktəb, öyrənməyi öyrənən məktəbli və müəllimdir.

Əziz valideynlər! Məktəbə daha yaxın olun, övladlarınızın təhsilində fəal iştirak edin. Bu zaman təhsil mühiti daha sağlam və bütöv olur. Tədqiqatlar sübut edib ki, valideynin gündəlik olaraq övladının dərslərinə diqqət yetirməsi onların təhsil göstəricilərinə əhəmiyyətli dərəcədə təsir edir.

İnanırıq ki, bu gün məktəbə səsləyən zəng sədaları yaxın vaxtlarda Azərbaycanın ayrılmaz parçası olan Şuşada, Xankəndində çalınacaq.

Bu günü yaxınlaşdırmaq üçün Sizə və bizim hamımıza yeni təhsil ilində uğurlu başlanğıclarla!


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!