Göygöldə 40 yaşlı kişini öldürüb dərəyə atan şəxs saxlanılıb .....                        "Sabah"ın baş məşqçisi: "Ölkədə təkcə "Qarabağ" yox, başqa komandalar da var" .....                        Tramp Azərbaycanı Vaşinqtona dəvət etdi .....                        Suriyada daşqınlar: Üç nəfər ölüb, ikisi uşaqdır .....                        Əsədin son günləri: Reallıqdan qopmuş, videooyunlara aludə lider .....                        Gəncədə iki avtomobil toqquşdu, piyada xəsarət aldı .....                        Zelim Tçkayev Paris “Böyük Dəbilqə”sində finala yüksəldi .....                        Sabahdan Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq .....                        Qubada bir ailənin 8 üzvü qonaqlıqda qidadan zəhərlənib .....                       
Tarix : 14-09-2015, 12:55
Təhsil naziri rüşvətdən danışdı


Təhsil sistemində mənfi mühiti formalaşdıran amillər mövcuddur. Bu amillərin ilk sırasında korrupsiya, rüşvət halları durur.

Butov.az saytı xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov bu gün keçirilən müəllimlərin “Sentyabr qurultayında” söyləyib.

Nazir deyib ki, son 3 ildə təhsil sahəsində bir çox uğurlara imza atılıb. 9-cu sinif şagirdləri arasında yaxşı nəticə göstərənlərin sayı 14 faiz artıb: “Təhsil Nazirliyi son 3 il ərzində kadr dəyişiklikləri, islahatlar həyata keçirib. Birinci sinfə qəbul elektronlaşdırılıb, direktorlar təyin edilib, gənc müəllimlər işə cəlb olunub”.

M.Cabbarov məktəb direktorlarını, təhsil işçilərini, nazirliyin şöbə və bölmə nümayəndələrini bu istiqəmətdə daha prinsipial olmağa çağırdı: “Ölkə şagirdlərinin biliyinin qiymətləndirilməsi yalnız icbari təhsil müddəti başa çatdıqdan sonra həyata keçirilir. IX sinif məzunları buraxılış imtahanı verirlər. Lakin 6-cı sinfi, yaxud ibtidai sinfi bitirən şagirdlər üçün eyni bilgi olsaydı metodikada olan boşluqları özümüz üçün aydınlaşdıra bilərdik. Valideynlər şagirdlərin icbari ( 9) təhsildən sonra keçirilən əlavə fənləri lazımsız hesab edirlər. Bu problemlərdən biridir. Orta məktəblərdə təmayülləşmənin təşkili və belə məktəblərin sayının artırılması problem həll edəcək. Təhsil Nazirliyi təmayüllü məktəblərin sayını artıracaq”.Nazir onu da əlavə etdi ki, bu il 500 baldan yuxarı nəticə göstərənlərin sayı 5 faizdən 6,7 faizədək artıb. Bu il 2233 yeni müəllim müsabiqə yolu ilə işə götürülüb.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!