Silahımız yoxdur, amma insanımız var... .....                        Anar Mehdiyevə cinayət işi açıldı .....                        Ukraynanın inkişafını Putinin gözü götürmədi .....                        Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                        SEPAH-ın iki əməkdaşı öldürdüldü .....                        Bu məktəbdə dərslər dayandırıldı - Bina qəzalı imiş .....                        "Fənərbağça" sabiq qapıçısını transfer etdi .....                        Azərbaycanlı gənc ABŞ-də itkin düşdü .....                       
Tarix : 27-05-2020, 13:05
Ona qovuşacağım günü səbirsizliklə gözləyirəm...

Bir zamanlar vaxtın azlığından, işlərin çoxluğundan və səs-küydən gileylənənlər elə bu günlərdə evdə oturmaqdan sıxılanlardır. Sözün doğrusu, insanların evdə qərar tutmaqdan bezməyi o qədər də qeyri-təbii hal deyil. Axı, ta qədimdən, tarix boyu bəşər övladı hər zaman çalışqan, iş-gücsüz qalmayan, əməksevər olub. Ancaq, şəraitin bu cür çətin olmasına baxmayaraq, gününü uğurla başa vuran, evdə qaldıqda belə boş dayanmayan insanlar olduqca çoxdur. Gününü faydalı keçirən və uğurlu başa vuran insanlar sırasında tələbələr də var. Onlar evdə qalsalar da, gündəlik dərsləri ilə məşğul olur, müəllimləri ilə onlayn formada müzakirələr aparırlar.
Bütün uğurlu addımların atılmasına baxmayaraq, tələbələr doğma universitetləri üçün darıxır, yenidən auditorialarda oturub müəllimlərinin mühazirələrini dinləmək üçün tələsirlər. Elə mən də bu duyğuları yaşayanlar sırasındayam. Üç ildir demək olar ki, hər qarışı ilə dostlaşdığım universitetim üçün çox darıxıram. Tez-tez müəllim və tələbə yoldaşlarımla əlaqə saxlayır, onlarla birgə olan fotoşəkillərə baxıram. Amma, deyəsən, bu ifrat darıxmaq hissindən o qədər də uzaqlaşa bilmirəm. Uzaqlaşmaq demişkən, karantin şəraitindən xeyli əvvəl qrup yoldaşımla söhbət əsnasında Bakı Dövlət Universitetinin (BDU) bizə necə doğma olmasından, ikinci evimizə çevrildiyindən danışmışdıq. Hətta, bir anlıq tələbəlik həyatını başa vurub, universitetdən ayrılacağımız anların bizi necə kövrəldəcəyini düşündüyümüzü də xatırlayıram. Əbəs yerə demirlər ki, tələbəlik illəri ömrün ən gözəl çağlarındandır. Doğrusu, uşaq yaşlarımda valideynlərimin mənə tələbəlik illərindən ağız dolusu danışmaları qəribə gəlib. Özlüyümdə düşünmüşəm ki, görəsən, mən də, eyni duyğuları yaşayacam? Görəsən, hələ yaxından tanış olmadığım bu məkan onlar dediyi qədər varmı?
İllər ötdü, zaman gəlib çatdı və mən də məktəbi bitirib, uşaqlıqdan bəri xəyalını qurduğum universitetə, arzuladığım ixtisasa qəbul oldum. Elə ilk gündən BDU məni xoş bir nəvaziş və mehribanlıqla qarşıladı. Mən artıq valideynlərimin danışdığı, illər keçsə də, unutmayacağım həmin universitetdə idim. Burda özümü daim nələrisə öyrənməli, deyilən və baş verənlərdən dərs çıxarmalı bir şəxs kimi hiss edirdim. Beynimdəki bütün suallar cavablanmış, qəlbim isə hələ uzun müddət davam edəcək rahatlıq içində idi.
Artıq iki aya yaxındır ki, mən doğma universitetimdən uzağam dünyanı bürümüş koronavirus infeksiyasının bitməsini və ona qovuşacağım günü səbirsizliklə gözləyirəm.

Gülçin Cəmil


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!