Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
Tarix : 18-10-2017, 11:59
Ona de ki, qayıtsın


İşdən gələndən bəri paltarlarımı dəyişməmişəm. Süst şəkildə stulda oturub rəfimdəki kitablara baxıram. Soldan-sağa, sağdan-sola bir-bir adlarını oxuyuram-"Robinzon Kruzo", "Qraf Monte-Kristo", "Üç muşketyor", "Mauqli", "Balaca şahzadə"... Bəzilərini götürüb vərəqləyirəm. Amma səbrim çatmır, tez də yerinə qoyuram. Çünki istədiyim o deyil... Adətən kitablar çətin vaxtlarımda köməyimə çatırlar, axtardıqlarımı onlarda tapıram. Ancaq bu dəfə kitablar da acizdirlər. Bəlkə, indi ehtiyacım olan kitablar deyil. Hə, əminəm buna. İndi tək sənə ehtiyacım var. Həm də uzun müddətdən bəri...

Mən hələ təzə başa düşürəm ki, sevgidən, hörmətdən, ehtirasdan, nifrətdən başqa hisslər də var. Məsələn istək kimi. Ürəyimizdə xüsusi yeri olanlara "səni çox istəyirəm" deyirik azı. Lakin, həqiqətən bizim üçün özəl olanlara, daha hamıya yox. Hamıya, hər tanıdığına deyəndə artıq heç bir mənası olmur o sözün, qiymətdən düşür. Mən də səni çox istəyirəm. Səni istəyirəm...Mənə həyatın gözəl olduğunu, sadəcə anı yaşamağı, "kaş"larla, sabahlarla vaxtı, hər ötən saniyəni bada verməməyi başa salan qızı istəyirəm. Lazım gələndə məni yaxamdan tutub silkələyən, "Kənan, belə eləmə!" deyən, lazım gələndə xəsislik eləmədən qayğı göstərən qızı istəyirəm. Hardadı, görəsən? Hər gün universitetdə gördüyüm qızdır o qız? Tərəddüdlüyəm. Əgər o qız olsaydı indi yenə məni başa düşərdi amma anlamır. Bəlkə də, sadəcə bunu istəmir.

Darıxmışam, onun üçün darıxmışam. Sabah olmaya bilər axı. Ancaq bu gün var. Biz də bu günü yaşayaq, elə belə yox ha, doya-doya yaşayaq. Əgər hər səhər olduğu kimi sabah da güzgüdə saçını darayanda mənim tanıdığım və axtardığım o qızı görsən de ki, onu gözləyən var, qayıtsın. Düz gözlərinin içinə baxaraq de ki, Kənan səni nə sevir, nə də sənə bağlanıb. Sadəcə sənin yanında dinclik tapır. İstədiyi də əks-cins nümayəndəsi tərəfindən bir az qayğı və diqqətin göstərilməsi və, həqiqətən, onun üçün əziz olduğunu hiss etməkdir. Hə, bir də qorxduğu şey var-nə vaxtsa o qızın ürəyindəki mövqedə başqası ilə əvəz olunmaq. Və hansısa pis xislətli birinin "Kənanla yaxın olan, dostluq eləyən qız indi filankəslə dostlaşıb, Kənan heç yadına da düşmür" deməsidir. Bax, belə də de o qıza. Ona çatdır ki, elə bir şey olsa mən bu yükün altından qalxa bilmərəm. Hə, görsən bunları söyləyərsən. Əgər imkan olsa tanıdığım o qızın cavabını da çatdırarsan mənə. Düşünürəm ki, o qədər də əziyyət çəkməyəcəksən. Elə ilk cümlədən özü hər şeyi başa düşəcək...

Kənan Novruzov
Butov.az


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!