"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 24-05-2024, 07:42
"Yeni Tərtər"ə bağlı qəzetçi ömrü


"Yeni Tərtər"ə bağlı qəzetçi ömrü

Qəzet qədim kütləvi informasiya vasitəsi olmaqla yanaşı, həm də etibarlı və dəqiq məlumat mənbəyidir, çünki hərtərəfli araşdırma tələb edir, hər fikrin arxasında böyük məsuliyyət dayanır, bir sözlə xalqın mənəvi inkişafının hərəkətverici qüvvəsi hesab olunur. Bu mənada dövlət və dövlətçilik dəyərlərinin artması, milli şüurun oyanışı və formalaşması, habelə özünüdərk məsələlərində milli mətbuatın, qəzetçiliyin rolu danılmazdır. Deyərdim ki, üzü mətbuatımızın təməl daşı olan Əkinçidən bu yana işıq üzü görmüş və indiki dövrə qədər fəaliyyət göstərən qəzetlər məktəb rolundadır. Bu qəzetlərdən biri də ötən əsrin üçüncü onilliyinin ortalarında işıq üzü görən, keşməkeşli mübarizələr yolu keçən və 90 yaşını tamamlayan "Yeni Tərtər" qəzetidir.
Bir əsrə yaxın tarixi özündə təcəlli etdirən qocaman qəzet fəaliyyətinin ilk günündən əyalət və xalq kütləsinin xitabət kürsüsünə çevrilərək öz səhifələrində kəndlilərin - sadə insanların, elm və mədəniyyət işçilərinin - ziyalıların üzünə həmişə açıq olmuşdur. Redaksiya kollektivi oxucu məsləhətini, istək və təkliflərini hər zaman qiymətləndirmiş, dərc olunan materialların aktuallığını, mənəvi dəyərlərə sadiqliyini, xalq dilinə yaxınlığını əsas meyar kimi üstün tutmuşdur. Çünki qəzet redaksiyasında hər zaman işinə sevgi və məsuliyyətlə yanaşan işçilər olmuşdur. Hesab edirəm ki, ömür yolunu, taleyini sevib-seçdiyi jurnalist ixtisasına, qəzetçilik fəaliyyətinə bağlayan, biliyini, yaradıcılığını bu sahəyə sərf və həsr edən, milli mətbuata, onun tarixi irsinə sadiq qalan ən gözəl nümunə kimi Svetlana Bağırovanın ismini çəkmək yetərlidir. Mübaliğəsiz demək olar ki, "Yeni Tərtər" qəzetinin Azərbaycan mətbuatında kəsb etdiyi önəm qədər Svetlana xanım da qəzetin tarixində və taleyində mənəvi sütun kimi bir o qədər əhəmiyyətli və vacib isimlərdəndir.
Svetlana Bağırova uzun illərdi ki, çalışdığı və rəhbərlik etdiyi qəzetdə daim dövlətə, xalqa sədaqətlə xidmət etmiş, qələmini süngüyə çevirərək canla-başla Vətən naminə fədakarcasına fəaliyyətdədir. Tarixi həqiqət naminə qeyd etmək lazımdır ki, ölkəmizə zəfər və qələbə bəxş edən Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin əsasında Azərbaycan dövlətinin maraqları, Azərbaycan xalqı və ərazi bütövlüyü dayanır. Və əlbəttə ki, qələbənin əsas iki açarı: əlində silah və qələm tutan Vətən övladları oldu. Bismarkın sözləri ilə desək, ordu mümkün olanı əldə etmək sənətkarlığının dünyaya göstərdi. Həmçinin, dünya gördü ki, müahirəbələri tək silah gücü ilə deyil, həm də birlik - Dəmir Yumruq gücüylə də həll etmək olur. Sözsüz ki, bu mübarizədə uzun illər işğalçı erməni ordusu qarşısında topların mərmisindən, ölümsaçan raket atəşləri altında doğma şəhərini tərk etmədən yurddaşları ilə birgə bütün məşəqqətlərə dözərək yaşayıb-yaradan qəhrəman şəhərin "Yeni Tərtər" qəzeti kollektivinin də müstəsna əməyi, payı vardır.

Yazını yekunlaşdırarkən, bəndənizə həmkarım Hikmət İslamoğlu zəng etdi. "Yeni Tərtər" qəzetinin 90 illiyi münasibətilə bütün yaradıcı və texniki heyəti və onun baş redaktoru əzizimiz Svetlana Xanımı təbrik edənlər sırasında ilk olaraq Ədliyyə Müşaviri Firdovsi Həmzə oğlu Sadıqovun olduğunu bildirdi. Fikrimcə, hünər, igidlik, şücaət yolunu seçənlərin dəyərini, qiymətini, canını Vətən yolunda fəda edən kişinin övladı olanlar duya bilər...
Yeri gəlmişkən qeyd edək ki, Firdovsi müəllimin atası mərhum Həmzə Sadıqov İkinci Dünya müharibəsi illərində peşəsinə sadiq əsgər kimi zirzəmidə ölümə məhkum olunmuş yəhudi övladlarını həyatı bahasına xilas etməsi, 1943-cü ilin yanvar ayının 30-da Hitlerin ən yaxın silahdaşı, Birinci Dünya müharibəsi iştirakçısı, 76-cı piyada diviziyasının komandiri Karl Fon Rodenberqi yaralanmağına baxmayaraq Qırmızı Oktyabr zavodunun yaxınlığında əsir götürmüş, 35-dən çox faşist öldürmüşdür. Təəsüf ki, onun misilsiz şücaəti, qəhrəmanlığı diviziyada olan Mikoyan soyadlı sovet əsgərinə verilmişdir.
Həmzə Sadıqov hospitalda müalicə olunarkən Mikoyan onun öldürülməsinə göstəriş verir. Səbəb isə H.Sadıqovun yəhudi uşaqlarını, ailələlərini xilas etməsi olur. Görünən odur ki, erməni cəlladları faşistdən də təhlükəlidir. Ancaq H.Sadıqovun mərdanəliyi millətimizin qəhrəmanlıq tarixinin şanlı səhifəsinə həkk olaraq qalacaq. Çünki şücaət, mərdanəlik azərbaycanlı canında, qanındadır. Necə ki biz və dünya buna 44 günlük Vətən savaşında şahidlik etdi. Cənab Prezident İlham Əliyevin dediyi kimi: "Şuşa qalasına igid əsgər və zabitlərimizin əllərində süngü, bıçaqla sıldırım qayalara dırmaşaraq, dünya hərb tarixinə qəhrəmanlıq nümunəsi göstərdilər". Görünən odur ki, öncə “Fədai” cəmiyyəti, sonra “Difai” partiyası yaradaraq ermənilərin xalqımıza qarşı törətdikləri kütləvi terror və qırğınlara bir əlində qələm, bir əlində silah tutaraq öz bəy nəslinin, xalqının dəyərlərinə sadiq qalaraq Azərbaycanın şərəfini qoruyan Əhməd bəy Ağaoğlu torunları bu gün də var, yarın da.

Sonda bir daha doğma Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsini bitirən, 1968-ci ildən ömrünü qəzetçiliyə bağlayan, elin-obanın hörmətli ziyalısı, vətənpərvər xanımı Bağırova Svetlana Bilal qızını uzun illərdi ki, baş redaktoru olduğu "Yeni Tərtər" qəzetinin 90 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, mətbuat və xalq naminə fədakar əməyində uğurlar arzulayırıq...


Əsgər İSMAYILOV,
BDU Jurnalistika fakültəsinin tələbəsi



Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!