Maduronun həbsi zamanı 80 nəfər öldürülüb .....                        Oğuzda qəza oldu - Yaralı var .....                        Növbəti hədəf Qrenlandiyadır? .....                        "Real Madrid" öz meydanında 5 qol vurdu .....                        Maduronun mühafizəçiləri öldürülüb .....                        Atasının telefonunu oğurlayıb Bakıda 60 manata satdı – 1 aylıq həbs edildi .....                        Maduronun məhkəməsinin tarixi açıqlandı .....                        Zelenski onu da işdən çıxardı .....                        Venesuelada heç bir ABŞ qoşunu yoxdur .....                       
Tarix : 15-01-2019, 13:24
“Məhsəti” romanı işıq üzü gördü

Yazıçı Cavi Danın “Məhsəti” adlı yeni romanı çap olunub.
Əsər Azərbaycanın ilk xanım şairi Məhsəti Gəncəvinin həyat və yaradıcılığından bəhs edir. Roman 12-ci əsrin tanınmış Şərq mütəfəkkiri və xeyriyyəçisi haqqında ilk irihəcmli bədii əsərdir. Roman üzərində bir il çalışdığını deyən Cavi Dan, Məhsəti haqqında əsər yazmağın təsadüf olmadığını deyir: “ Məhsəti Gəncəvi öz dövrü üçün çox müasir və fərqli xanım olub. Azərbaycanın ilk şair, musiqiçi, şahmatçı və dövrünün mükəmməl təhsilini almış qadındır. Bütün bildiklərini tədris etdiyi şəxsi məktəbi olub. Belə bir xanım haqqında çox az məlumat var. Məhsəti haqqında yazmaq ədəbiyyatımızda qadın xəttini öyrənməyə mənə kömək oldu. Bu gün Azərbaycanda ədəbiyyat sahəsində olan hər bir qadının ilk ustadı məhz Məhsəti Gəncəvidir”.
Romanda Məhsətinin Nigar Rəfibəylinin tərcümə etdiyi rübailərindən və Rafael Hüseynovun "Məhsəti necə varsa" kitabındakı məlumatlardan, xüsusən də "Əmir Əhməd və Məhsəti" dastanının süjet xəttindən istifadə olunub.
Tarixi janrda olan əsərdə Məhsətinin həyatından, onun keşməkeşli və təzadlı ömür yolundan danışılır. “Məhsəti” müəmma haləsinə bürünmüş qeyri-adi qadın taleyindən bəhs edir. Kitabın redaktoru yazıçı-publisist Kərim Kərimlidir.
Qeyd edək ki, bu, Cavi Danın sayca dördüncü kitabıdır. Yazıçı eyni zamanda Azərbaycanda və Öbəkistanda nümayiş etdirilən "Günəşim ol" və "Uçurum" teleseriallarının ssenari və süjet müəllifidir. Cavidan hazırda İmadəddin Nəsimiyə həsr etdiyi “Şəms” romanı üzərində çalışır.
Xatırladaq ki, Prezident İlham Əliyev 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında sərəncam imzalayıb.
“Məhsəti” romanı işıq üzü gördü


Paylaş



Bölmə: Maarif / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!