İsrail parlamentində İrana qarşı mümkün müharibə müzakirə olunur .....                        Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq .....                        On şagirdin zəhərləndiyi məktəb bufeti BAĞLANDI .....                        İranla müharibənin başlama ehtimalı ÇOX BÖYÜKDÜR .....                        Cenevrə danışıqları çətin keçdi, lakin zəruri idi .....                        Müdafiə Nazirliyinin sabiq rəisi rüşvətdə ittiham olunur .....                        "Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir .....                        Azərbaycanda 1 biletlə iki dəmir yolundan istifadə etmək olacaq .....                        İlham Əliyev Xalq şairini “Heydər Əliyev” ordeni ilə təltif etdi .....                       
Tarix : 10-02-2015, 16:18
"İnsan dənizi"

VAQİF SULTANLININ “İNSAN DƏNİZİ” ROMANI
MİSİRDƏ NƏŞR OLUNUB

Bu günlərdə Qahirədə Misir Mədəniyyət Nazirliyinin Milli Tərcümə Mərkəzi Dünya ədəbiyyatı seriyası ilə yazıçı Vaqif Sultanlının “İnsan dənizi” romanını kütləvi tirajla nəşr etmişdir.
Kitabı orijinaldan ərəb dilinə tanınmış ədəbiyyatşünas, Azərbaycanla bağlı bir çox araşdırmaların müəllifi Dr.Əhməd Sami çevirmişdir. Nəfis şəkildə nəşr olunan kitabın sonunda Vaqif Sultanlının geniş bioqrafiyası və tərcüməçi haqqında məlumat verilmişdir.
Qeyd edək ki, müəllifin bədii yaradıcılığında xüsusi yer tutan, real və şərti-metaforik üslubun qovuşuğunda qələmə alınmış, hadisələrin ötən əsrin səksəninci illərində cərəyan etdiyi romanda ölüm cəzasından xilas olaraq yad bir şəhərdə gizli ömür sürən qəhrəmanın taleyi fonunda cəmiyyətin əxlaqına və mənəviyyatına yoluxmuş özgələşmə problemi bədii həllini tapmışdır.
Dünyanın bir sıra dillərinə tərcümə olunan “İnsan dənizi” romanı bu il yanvarın 28-dən fevralın 12-dək Qahirədə keçirilən 46-cı Beynəlxalq Kitab Sərgisində nümayiş etdirilmişdir.
Butov.az


Paylaş



Bölmə: Xəbər / Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!