Belqradda Azərbaycan-Serbiya sənədləri mübadilə olundu .....                        ABŞ İran neftini daşıyan tankeri ələ keçirdi .....                        Prezidentlər mətbuata bəyanatla çıxış etdilər .....                        Serbiyaya təbii qaz ixracının həcmi artırılacaq - İlham Əliyev .....                        Moskvaya PUA hücumu .....                        Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının iclası olub .....                        Polşa nüvə silahı əldə etmək istəyir .....                        Sumqayıtda kişi dəm qazından öldü .....                        Yollarda görünüş məsafəsi məhdudlaşacaq .....                       
Tarix : 20-08-2013, 17:54
Müsəlman Qardaşlar Təşkilatı bağlanacaq


Misir Baş naziri Müsəlman Qardaşlar Təşkilatının qanuni yolla ləğvini təklif edib. Misir Nazirlər Şurası da bu məsələni müzakirə etdiyini bildirib.
Misir Nazirlər Şurasının sözçüsü və Baş nazirin Mətbuat Müşaviri Şərif Şövqi paytaxt Qahirədə Nazirlər Şurası binasında təşkil etdiyi mətbuat konfransında Müsəlman Qardaşlar Təşkilatını kilsələrə od vurmaqda, bir çox polis mərkəzi ilə iki həbsxanaya hücum çəkməklə ittiham edib.
Misirdəki hərbi xuntanın həyata keçirdiyi qətliama göstərilən reaksiyalar isə davam edir.
Axıdılan qanlara özünəməxsus reaksiya göstərənlərdən biri də Dubay Əmirinin qızı olub. O, ilk gündən etibarən xuntaçıların əleyhinə fəaliyyət göstərib.
Dubay Əmiri Maktumun qızı Mehra facebook səhifəsində atasının şəklinin üzərinə “bağışla məni ata, amma tökülən qanın səbəbi bizim pullarımızdır” deyə yazıb.
Mehran, 19 iyulda da, seçilmiş prezident Məhəmməd Mursiyə qarşı çevriliş həyata keçirən xuntaçılara dəstək verdikləri üçün atasına, Birləşmiş Ərəb Əmirlikləri Əmirinə və Səudiyyə Ərəbistanı Kralı Abdullaha yenə facebook üzərindən reaksiya göstərmişdi.
Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Səudiyyə Ərəbistanı, 3 iyuldakı hərbi çevrilişdən sonra Misirə 12 milyard dollar yardım göndərmiş, çevrilişin bu ölkələrin dəstəyi ilə həyata keçirildiyini irəli sürmüşdü.
Misirdə həyata keçirilən qətliam, dünyanın dörd bir tərəfində keçirilən nümayiş, mitinq və toplantılarla lənətlənib.
Bəzi ölkələrdə həyatını itirən Misirlilər üçün qiyabi cənazə namazları qılınıb, dualar edilib.
Almaniyanın paytaxtı Berlində xuntaya qarşı nümayiş keçirən 3 minə yaxın insan, Aleksandır meydanında bir araya gəlib. Almanyalı müsəlmanlar da qərb dünyasının yaşananlar qarşısında səsini ucaltmamasından tənqid edib.
Avropa İttifaqı, Misirlə olan əlaqələrin gözdən keçiriləcəyinə dair açıqlama yayıb.


Paylaş



Bölmə: Dünya / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!