Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                        Azərbaycanda sükut günüdür .....                        Təyyarə qəzasında həlak olanlardan biri bu universitetin tələbəsidir .....                        Təyyarə qəzası ilə bağlı birgə məlumat .....                        Ərdoğan İlham Əliyevə məktub göndərdi .....                        Təyyarə iki dəfə dövrə vurub, üçüncüdə yerə çırpılıb .....                        "Səkkiz nəfər getmişdilər, ikisindən xəbər var" - VİDEO .....                        Yazıçılar Birliyində kitab təqdimatı .....                       
Tarix : 22-08-2013, 14:06
Coş Ernest başından yekə danışır.


Ağ Evin mətbuat xidmətinin rəhbəri “Ərdoğanın sözlərində təcavüzkarlıq var və dəlilsizdir. Buna görə də, onun çıxışını şiddətlə qınayırıq”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın, Misirdə baş verənlərdə İsraili ittiham etməsi ABŞ-da böyük narazılığa səbəb olub.

Bununla bağlı Ağ Evin mətbuat xidmətinin rəhbəri Coş Ernest həyasızcasına Ərdoğanı təcavüzkar adlandırıb:
“Ərdoğanın sözlərində təcavüzkarlıq var və dəlilsizdir. Buna görə də, onun çıxışını şiddətlə qınayırıq”.

Coş Ernest əslində Ərdoğanın ünvanına diplomatik qayda- qanunlara və etikaya sığmayan ifadələr işlətməklə özünün və ölkəsinin mədəni səviyyəsini göstərmiş olub.

Qeyd edək ki, Baş nazir Ərdoğan AKP-nin Əyalət başçıları ilə yığıncağında bildirib ki, Misirdəki dövlət çevrilişinin arxasında İsrail var, bununla bağlı əlimizdə sənədlər var.
Türkiyənin “Zaman” qəzetindən isə məsələ ilə bağlı Coş Ernestə cavab gəlib
ABŞ rəsmisi İsraili tənqid edən Ərdoğandan narazılığını bildirməklə, əslində Misirdə baş verən hadisələrdə özünün də barmağı olduğunu sübut etmiş oldu. Xatırlatmaq istəyirik ki, Misirdə hərbi çevriliş edən general Sisi hadisədən 3 gün öncə İsrail rəhbərliyinə niyyəti barədə məlumat vermiş, eyni zamanda ABŞ müdafiə nazirliyinin yüksək səviyyəli dövlət rəsmiləri ilə danışıqlar aparmışdı. Əgər İsrail Misirdə hərbi çevrilişdə iştirak etməyibsə, onda Sisi İsrail rəhbərliyinə niyə bu niyyəti barədə məlumat verirdi? Buna paralel olaraq Sisinin ABŞ müdafiə naziriliyi ilə hərbi çevrilişdən öncə danışıqlar aparmasını da təsadüfi hesab etmək olmaz. Bu, o deməkdir ki, Sisi çevriliş planlarını ABŞ və İsraillə razılaşdırıb. Hərbi çevrilişdən sonra ABŞ Misirə 4 ədəd F-16 qırıcı bombardmançı təyyarə verəcəyini bəyan edərək hərbi çevriliş edən xuntanı dəstəklədiyini nümayiş etdirmişdi. Üstəlik demoqcasına dünyanın hər yerində demokratiyanı, demokratik seçkiləri dəstəklədiyini bəyan edən ABŞ Misirdə xalq tərəfindən demokratik seçkilər yolu ilə hakimiyyətə gələn Mursi hökumətinin devrilməsinə nəinki göz yumdu, hətta ikili standartlardan çıxış edərək devrilmiş hakimiyyətin tərəfdarları qarşı qırğınlar həyata keçirməsi üçün Misirin hərbi xuntasını müxtəlif yollarla şirnikləndirdi. Bu gün heç kimə sirr deyil ki, başda ABŞ olmaqla Qərb dövlətlərinin dəstəyi olmasaydı, Sisi öz xalqına qarşı qırğınlara əl ata bilməzdi. Nəhayət hərbi çevrilişin Qərbdə hazırlandığını və general Sisinin əli ilə həyata keçirildiyini Qərb mətbuatının bu hadisə barədə susmağa üstünlük verməsi və onu geniş işıqlandırmaması da sübut edir. Belə başa düşmək olar ki, Qərbin xüsusi xidmət orqanları tərəfindən dünyanın aparıcı ölkələrinin mətbu orqanları baş verən hadisə barədə öncədən məlumatlandırılaraq, onlara məsələyə geniş yanaşılmaması tövsiyə edilib. Əks halda Qərb mətbuatı baş verənlər barədə bu qədər susmağa üstünlük verməzdi. Halbuki Qərb mətbuatı Türkiyədə Gəzi parkında baş verən adi olayları belə şişirdərək onun ətrafında böyük ajiotaj yaratmışdı.

Ağ Evin mətbuat xidmətinin rəhbəri Coş Ernestə gəlincə, o, Ərdoğan barədə etikadan kənar sərt ifadələr işlətməzdən əvvəl öz ölkəsinin dünyanın hər yerini qan gölünə döndərməsini və bu gün Misirdə baş verənlərdə məhz amerikanın da günahı olduğunu unutmamalı idi. ABŞ-da Coş Ernest və İsraili müdafiə edən digər rəsmilər İsrailin insanlığa ləkə olan qanlı əməllərini tənqid və ifşa edən Ərdoğanı tənq,d etmək əvəzinə, bu gün ölkələrinin demokratiya adı altında dünyanı fəlakətə sürükləməkdə olduğuna nəzər salsalar və bunun Amerikanı da uçurma aparacağı barədə düşünsələr, daha yaxşı olardı...


Paylaş



Bölmə: Dünya / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!