Vaşinqtonda Azərbaycanın dövlət rəhbərliyinə qarşı təxribatın qarşısı alınıb .....                        Gəncədə 38 yaşlı kişini BIÇAQLADILAR .....                        "Fənərbağça" İngiltərə klubuna uduzub - YENİLƏNİB .....                        UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçildi .....                        Sülh Netanyahunun dəstəyi ilə mümkün olub .....                        Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB .....                        Bu şəxslərin hərbi xidmət QAYDASI DƏYİŞƏCƏK .....                        Tokayev Tramp adına sülh mükafatı təklif edib .....                        Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatıb - YENİLƏNİB .....                       
Tarix : 22-07-2017, 10:42
142 yaşın mübarək!

142 yaşın mübarək!

Ölkədə mətbuatın əsasını Həsən bəy Zərdabi qoydu; “Əkinçi” qəzetini nəşr etməklə. Hazırda qəzetin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.


Bu yolda o, böyük çətinliklər çəkdi, çünki Bakıda ana dilində “Əkinçi” qəzetinin nəşr edilməsi üçün icazə almalıydı, o icazəni aldı da. Axı məqsədi olanların əziyyətlərə baxmayaraq ona çatması üçün vasitələri də olur. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxdı. “Əkinçi” qəzeti 1875-1877-ci illər ərzində fəaliyyət göstərərək yalnız 56 nömrəsi işıq üzü görə bildi. Çünki çar Rusiyası qəzetin insanların maariflənməsində müstəsna rol oynadığını bildi və beləcə, qəzetin nəşri dayandırıldı. Qəzet iki il fəaliyyətdə olsa da xalqın milli oyanışında, maariflənməsində, yenilikçi düşünməyində böyük rol oynadı.

Mətbuat üçün söz və ifadə azadlığının hansı dərəcədə önəmli olduğunu bilirik, bu səbəblə də 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına təkan verdi.

Hazırda ölkədə müxtəlif qəzet və jurnallar nəşr olunur, informasiya texnologiyaları inkişaf edir.
Sevinməli olduğumuz min səbəbdən birincisi elə bu günün qeyd olunmasıdır. Çünki 1991-ci ilə kimi “Pravda” qəzetinin yarandığı 5 may sovet Azərbaycanında Mətbuat və radio günü kimi qeyd olunurdu. Həmin vaxtlar Milli Məclisin üzvü olan Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev Prezident Aparatında işləyirdi. O, “Əkinçi” qəzetinin nəşrə başladığı günü Milli Mətbuat günü kimi qeyd etməyi təklif edir və təklif qəbul olunur. Elə 1991-ci ildə qəbul edilən həmin qərarda 22 iyulun Mətbuat günü kimi qeyd olunması öz əksini tapdı.

Mətbuat nümayəndələri, gününüz mübarək!

Butov.az


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!