Zəngilan və Cəbrayılda qartəmizləmə işləri görülür .....                        Lerikin kəndlərinə işığın verilməsi bərpa olunur - "Azərişıq” .....                        Əliyar Ağayev Avropa Liqasına təyinat aldı .....                        Vaqif Allahverdiyevə 8 il həbs verildi .....                        Rayonlarda qar intensivləşib, 12 dərəcə şaxta var .....                        Bu mükafatı almaq mənim üçün böyük şərəfdir - İlham Əliyev .....                        İlham Əliyev bank prezidenti ilə görüşdü .....                        Avropa Birliyindən Trampa XƏBƏRDARLIQ .....                        Kəlbəcərin yeganə 20 Yanvar şəhidi - Firuz Cabbarov .....                       
Tarix : 29-06-2017, 18:57
Deputat AŞPA-da Azərbaycan mətbuatından danışdı

Avropa Şurası Parlament Assambleyası (AŞPA) mətbuat, jurnalistika və jurnalistlərin problemlərini daim diqqət mərkəzində saxlayır. AŞPA-nın yay sessiyası çərçivəsində mədəniyyət, elm, təhsil və media komitəsinin xətti ilə avstriyalı deputat Stefan Şennaxın hazırladığı “Müstəqil media və jurnalistlər üzərində siyasi təsirlər” mövzusunda məruzə geniş müzakirələr doğurub.

Butov.az Axar.az-a istinadən xəbər verir ki, müzakirələrdən sonra Parlament Assambleyasındakı siyasi qrupların təyin etdiyi şəxslər mövqe bildiriblər. Avropa naminə Liberal Demokratların Alyansı siyasi qrupu mövqe bildirmək missiyasını Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynova həvalə edib.

Deputat Rafael Hüseynov siyasi qrupun problemlə bağlı mövqeyini diqqətə çatdırdıqdan sonra Azərbaycanın mətbuat həyatı ilə bağlı Assambleya üzvlərini məlumatlandırıb. Bildirib ki, iyulun 22-si Azərbaycanda mətbuat işçilərinin peşə bayramı kimi qeyd olunur.

1875-ci il iyulun 22-də Azərbaycanın böyük maarifçisi Həsən bəy Zərdabi “Əkinçi” adlı qəzetinin nəşrinə başlayıb. Həsən bəy Zərdabinin qurucu şəxsiyyətinə, xalq qarşısındakı digər müstəsna xidmətlərinə və buraxdığı qəzetin milli dünyagörüşün inkişafına göstərdiyi təsirə böyük hörmət var.

Azərbaycanda peşəkar jurnalistika artıq XIX əsrin 30-cu illərindən başlasa da, məhz Zərdabinin şəxsiyyətinə ümumxalq sevgisi onun anadilli birinci müstəqil qəzeti buraxdığı ilk günü mətbuat bayramı kimi qeyd etmək ənənəsi yaradıb. Müxtəlif qüvvələrin, siyasi dairələrin mətbuata təsir və təzyiqlərini, senzura məhdudiyyətlərini öz fəaliyyəti boyu yaxından hiss etmiş, bolluca təqib və təhqirlərə məruz qalmış jurnalist Həsən bəy Zərdabi 140 il əvvəl başına gələnləri Qarabağda, ata yurdu Zərdab kəndinin girəcəyində bir daşın üzərində həkk etdirmək qərarına gəlib. O, həm gələcək nəsillərə bu xatirəyə baxıb milləti qəflətdən ayıltmaq istəyənlərin necə əziyyət çəkdiyini göstərməyi, həm də bu yazılanların ibrətə çevrilməsini, insanlara düzgün yol göstərməsini və qələm əhlinə, mətbuata təzyiqlərin keçmişdə qalmasını istəyib.

Qeyd edilib ki, başqa Avropa ölkələrinin də jurnalist klassikləri arasında belə düşünən, mətbuata təsir və təzyiqlərin gələcəkdə davam etməməsini bütün səmimiyyəti ilə arzulayan şəxsiyyətlər olub. Amma nə fayda?! Beşinci hakimiyyətə keçmişdə olduğu kimi, yenə biganə deyillər. Ona qarşı təzyiq və təsirlər də var, yaxud təzyiq və təsirin başqa forması – mətbuatı, jurnalisti ələ alaraq ondan öz məqsədləri üçün istifadə etmək cəhdləri də yenə təxminən hər ölkədə, hətta mətbuatın, jurnalistikanın ən azad sayıldığı məkanlarda da mövcuddur.

Rafael Hüseynov ayrı-ayrı ölkələrdə dövlət, mətbuat və jurnalist münasibətlərinin səmərəli və ciddi problemlərsiz inkişafının mümkün yolunu da göstərərək deyib: “Əgər mətbuat yalnız həqiqətləri yazaraq, çatdıraraq dövlətə və siyasətə, bütövlükdə inkişafa kömək etmək amalı ilə yaşasa, dövlət və siyasət də öz növbəsində mətbuatı ayna kimi qəbul edərək fəaliyyətlərini daha düzgün qurmaq üçün ona etibarlı bir vasitə kimi inansa, heç bir mənfi təzyiq və təsirdən əsər-əlamət qalmaz. Belə olarsa, hər iki tərəf bir-birinə daim ehtiyac duyar, aralarında da həmişə qarşılıqlı ehtiram hökm sürər”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!