Xəzərdə itkin düşən balıqçılarla bağlı rəsmi açıqlama .....                        Azərbaycanın daha 4 boksçusu 1/4 finalda .....                        Ayda iki dəfə maaş alacağıq .....                        Tramp müharibə edən ölkələri barışdırdı .....                        Nərgiz Məhəmmədi İranda saxlanıldı .....                        Rusiya Türkiyə gəmisini raketlə vurdu - FOTO .....                        Azərbaycanda 600-dən çox hərbçiyə ev veriləcək .....                        Daha bir dövlət qurumu xəbərdarlıq etdi .....                        Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavab ötürürmüş .....                       
Tarix : 11-11-2013, 18:29


	V.Əliyev: “Azərbaycanda söz və mətbuat azadlığı üçün bütün imkanlar yaradılıb”

Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev Gürcüstan paytaxtında ATƏT-in təşkilatçılığı ilə keçirilən “Medianın azadlığı üzrə ATƏT-in öhdəliklərinin dərk edilməsi” mövzusunda 10-cu Cənubi Qafqaz Media Konfransında məruzə ilə çıxış edib.

Bildirib ki, Azərbaycan son 10 il ərzində ATƏT-in söz və mətbuat azadlığı ilə bağlı keçirilən konfransında mütəmadi olaraq iştirak edərək ölkədə KİV-in vəziyyəti, söz və mətbuat azadlığı barədə həqiqətləri tədbir iştirakçılarına çatdırır: “Müstəqillik dövründə, ümumiyyətlə, son 10 il müddətində Azərbaycan KİV-in, söz və ifadə azadlığının inkişafı yolunda böyük inkişaf yolu keçib. Azərbaycan faktiki olaraq 1998-ci ildə senzuranı ləğv etdi və 2000-ci ildə mətbuat və informasiya nazirliyinin ləğvi ilə KİV-in üzərində dövlət nəzarəti funksiyasından imtina etdi. Azərbaycanda jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün bir çox tədbirlər də həyata keçirilib. Bu il 156 jurnalist ev ilə təmin olunub və 240 jurnalist üçün tikiləcək yeni binanın təməli qoyulub. Azərbaycanda jurnalistlərin təhlükəsizliyinin təmin olunması və onların fəaliyyəti üçün zəruri şəraitin yaradılması işləri davam etdirilir. Azərbaycanda media sahəsində mövcud vəziyyət alqışlanmalıdır. Azərbaycanın ATƏT-lə əməkdaşlıq çərçivəsində yerinə yetirdiyi öhdəliklərlə bağlı hər hansı qüsur və mənfi hal müşahidə olunmur. Biz bəzi QHT və digər dairələrin mövqeyini əsla qəbul etmirik. Hesab edirik ki, Azərbaycan müstəqil dövlətdir və onun daxili və xarici siyasəti var. Bu siyasət çərçivəsində işlərimizi uğurla davam etdirəcəyik”.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!