Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 8-01-2014, 11:38



Təhsil Nazirliyinin informasiya siyasəti dəyişir







Butov.az
xəbər verir ki, Təhsil Nazirliyi vahid informasiya siyasətinin təmin olunması istiqamətində yeni qaydalara keçir. Modern.az saytının xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov “Təhsil Nazirliyinin vahid informasiya siyasətinin təmin olunması barədə” yeni əmr imzalayıb.

. Təhsil Nazirliyindən bildirilib ki, Azərbaycanda təşəkkül tapmış açıq informasiya siyasəti Təhsil Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir. Təhsil Nazirliyinin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması işinin planlaşdırılmış və koordinasiyalı qaydada təşkili kütləvi informasiya vasitələri ilə əlaqələrin daha səmərəli qurulması zərurəti yaranıb.
“Bu səbəbdən də nazirin yeni əmrinə görə, Təhsil Nazirliyinin KİV-lə əməkdaşlığının mərkəzləşdirilmiş qaydada və müəyyənləşdirilmiş istiqamətlərdə qurulması ilə yanaşı, ictimaiyyətə dolğun və məzmunlu məlumatlar çatdırılmalı, ictimaiyyətlə əlaqələr “KİV haqqında”, “İnformasiya əldə etmək haqqında” Qanunlara uyğun həyata keçirilməli, fəaliyyətin təşkilində təkrarçılıq və paralellik aradan qaldırılmalıdır”-deyə nazirlikdən bildirilib.

Nazirin yeni əmrində bildirilib:
1. Təhsil Nazirliyinin bütün struktur bölmələri və tabeliyindəki qurumlar tərəfindən kütləvi informasiya vasitələri ilə əlaqələr və ictimaiyyətə məlumatların verilməsi yalnız nazirliyin İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektoru vasitəsi və ya razılığı ilə həyata keçirilsin.

2. Nazirliyin bütün struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərləri təh¬sil sa¬hə¬si¬nə dair böyük ictimai maraq doğuran normativ-hü¬quqi sənədlər, müvafiq yerli və beynəlxalq tədbirlər, görüşlər haqqında məlumatların, kütləvi informasiya vasitələrindən daxil olmuş informasiya sorğularının və müraciətlərin müvafiq qanunvericiliyə uyğun müddətdə cavablandırılaraq İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektoruna təqdim olunmasını təmin etsinlər.
3. Nazirliyin struktur bölmələri və tabeliyindəki qurumlar üzrə müəyyənləşdirilmiş şəxslər bu əmrin 2-ci bəndində qeyd olunan məsələlər barədə müvafiq məlumatların hazırlanaraq İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektoruna təqdim olunmasını təmin etsinlər.

4. İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektoruna (Cəsarət Valehov) tapşırılsın ki,
- nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələrin koordinasiyasını təmin etsin.
- nazirliyin fəaliyyəti ilə bağlı media monitorinqin aparılmasını və media planın hazırlanmasını həyata keçirsin.
- nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların təsis etdiyi mətbu orqanların fəaliyyətinin istiqamətləndirilməsini və əlaqələndirilməsini təmin etsin.
- Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələrin təşkilinin təhlil olunmasını və bu istiqamətdə fəaliyyətin təkmilləşdirilməsinə dair təkliflərin verilməsini təmin etsin.
- ”Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” haqqında cəmiyyətdə aydın təsəvvürün yaradılması məqsədilə kütləvi informasiya vasitələrində çıxışlarının təşkil olunmasını təmin etsin.
- Nazirliyin struktur bölmələri arasında informasiya mübadiləsinin yaradılması məqsədi ilə hər həftənin cümə günü müvafiq iclasın təşkil olunmasını və həmin iclas barədə qısa xülasənin hazırlanmasını təmin etsin.

Nazirin əmrinə əsasən, daxili informasiya mübadiləsinin yaradılması məqsədi ilə hər həftənin cümə günü təşkil olunan iclasda Nazirliyin hər bir struktur bölməsi üzrə müəyyənləşdirilmiş şəxslərin iştirakı təmin olunmalıdır.

Əmrin icrasına nəzarət təhsil nazirinin müavini Ceyhun Bayramova həvalə edilib.

Əmrin icrası üçün Təhsil Nazirliyinin tabeliyindəki bütün universitetlərin rektorlarına məktub göndərilib.



Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!