Tramp İrana zərbə ehtimalını nəzərdən keçirir .....                        "Qarabağ" Nigeriyada bəyəndiyi iki oyunçunu Azərbaycana gətirir .....                        Müharibə üçün hər şey hazırdır! – Hər an başlaya bilər .....                        Əfqanıstanda 5,5 bal gücündə zəlzələ baş verib .....                        Vaşinqtonda Azərbaycanın dövlət rəhbərliyinə qarşı təxribatın qarşısı alınıb .....                        Gəncədə 38 yaşlı kişini BIÇAQLADILAR .....                        "Fənərbağça" İngiltərə klubuna uduzub - YENİLƏNİB .....                        UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçildi .....                        Sülh Netanyahunun dəstəyi ilə mümkün olub .....                       
Tarix : 29-08-2013, 10:19
Bakıda internetin sürəti azı 100 mb/s-yə çatdırılacaq


"2015-ci ildən etibarən Bakı şəhərində ən azı 100 mb/s, digər iri şəhərlər və rayon mərkəzlərində ən azı 30 mb/s, qəsəbə və kənd yerlərində ən azı 10 mb/s sürətli genişzolaqlı internetlə əhalinin təmin ediləcəyi nəzərdə tutulur". Bunu Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. Nazir bunun "Azərbaycanda milli genişzolaqlı internetin inkişafı" layihəsi çərçivəsində baş tutacağını vurğulayıb.

Onun sözllərinə görə, hədəflərdən biri də genişzolaqlı internetin inkişafıdır. Bunun üçün reallaşdırılması nəzərdə tutulan "Azərbaycanda milli genişzolaqlı internetin inkişafı" layihəsi 2012-ci ildə ölkə Prezidentinin hər bir kənd və yaşayış məntəqəsinin genişzolaqlı internet xidmətləri ilə təmin edilməsi barədə müəyyən etdiyi hədəfə nail olunması üçün hazırlanıb.

"Layihədə 2013-2015-ci illərdə və sonrakı dövrdə "Hər evə optika" prinsipi üzrə ölkənin bütün yaşayış məntəqələrində yüksəksürətli fiber-optik kabel şəbəkəsi üzərindən keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkili və telekommunikasiya şəbəkəsinin modernləşdirilməsi nəzərdə tutulur".


Elektron hökumət həllərinin regionlarda tətbiqinin genişləndirilməsi, şəhər və kəndlər arasında rəqəmli fərqin aradan qaldırılması, sektorun sağlamlaşdırılması və İSP-lərin səmərəli fəaliyyəti üçün münbit şəraitin yaradılması layihənin əsas məqsədidir.

"Layihə Dövlət Neft Fondu tərəfindən maliyyələşdiriləcək və ümumi dəyəri təqribən 433 milyon manat təşkil edir. Bu layihəyə qədər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramının (UNDP) tərəfdaşlığı ilə AzDataCom şəbəkəsinin yaradılması layihəsini həyata keçirən "Milli E-İdarəcilik Təşəbbüsü" uğurla icra edilmişdir. "AzDataCom" layihəsi məlumatların ötürülməsi üçün ölkənin bütün regionlarını əhatə edən şəbəkə infrastrukturunun qurulmasını nəzərdə tutur.

2004-cü ildən icrasına başlanılmış layihədə "AzDataCom" şəbəkəsinin qurulması 4 mərhələdə həyata keçirilib. I və II mərhələlərdə şəbəkənin Bakı, Sumqayıt şəhərlərini və Abşeron yarımadasını əhatə edən seqmenti istifadəyə verilib. III və IV mərhələlərdə Bakı-Gəncə, Yevlax-Şirvan, Bakı-Astara istiqamətlərindəki rayonlar şəbəkəyə qoşulub".


Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!