Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 24-01-2014, 17:52


İlham Əliyev Davosda çıxış etdi

İlham Əliyev Davosda çıxış etdi: “Biz sistemi dəyişmişik”
Butov.az saytı AzərTAc-a istinadən xəbər verir ki, yanvarın 23-də Davosda “Cənubi Qafqaz və Mərkəzi Asiya: qlobal iqtisadiyyata yol” mövzusunda qəbul keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbulda iştirak və çıxış edib:

- Əvvəlcə Cənubi Qafqaz və Mərkəzi Asiyaya həsr edilmiş bu tədbirin təşkilatçılığına görə professor Şvaba minnətdarlığımı bildirirəm. Bizim region hazırda dünyanın diqqətini cəlb edir. Bu səhər təşkil edilmiş paneldə regional əməkdaşlıq mövzusu müzakirə olundu. Bundan əlavə, ötən ilin aprel ayında Bakıda təşkil olunmuş Davos Forumu da həmin mövzuya həsr edilmişdi. Həqiqətən, regionumuz dinamik inkişaf edir və burada iqtisadi əməkdaşlıq üçün böyük potensial vardır. Azərbaycan öz növbəsində əməkdaşlığın gücləndirilməsi, Cənubi Qafqaz və Mərkəzi Asiyanın inteqrasiyası üçün vacib rol oynayır. Deyə bilərəm ki, ölkələrimizi bir araya gətirmək istiqamətində ilk təşəbbüsü Azərbaycan göstərib. Bu da enerji siyasətimizin başlanğıcı ilə bağlıdır.
Biz geniş boru kəmərləri şəbəkəsi vasitəsilə Xəzər, Qara və Aralıq dənizlərini birləşdirməyə müvəffəq olduq. Bu gün Azərbaycan yalnız enerji resurslarının təchizatçısı deyil, həm də tranzit ölkədir. Mərkəzi Asiya dövlətləri öz təbii sərvətlərini bizim infrastruktur vasitəsilə nəql edir. Bu layihə həm istehsalçı, həm istehlakçı, həm də tranzit ölkələr üçün faydalı şərait yaradıb. Bu layihə tərəfimizdən icra edilən yeni bir layihənin başlanğıcı olub. Mən Türkiyəni və Avropanı əhatə edəcək boru kəməri, həmçinin Avropanın ən iri infrastrukturu hesab olunan “Şahdəniz-2” layihəsini nəzərdə tuturam. Ötən ilin dekabrında 25 milyard dollar dəyərində olan “XXI əsrin müqaviləsi” adlandırdığımız sənədi imzaladıq. Bu nailiyyət göstərir ki, qarşılıqlı dəstək və marağa əsaslanan geniş və səmimi əməkdaşlıq olduğu halda uğurlu nəticələr əldə edilir.
Bu gün biz nəqliyyat şəbəkəsinin yaradılması istiqamətində Mərkəzi Asiya dövlətləri ilə birgə çalışırıq. Biz, eyni zamanda, Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə Avropaya birləşdirəcək mühüm dəmir yolu layihəsi üzərində çalışırıq. Əslində bu, Çindən Böyük Britaniyaya qədər uzanan yeni “İpək Yolu”dur və ümid edirəm ki, artıq gələn il istifadəyə veriləcəkdir. Bunların hamısı regional əməkdaşlığın müsbət əlamətləridir.
Təbii ki, siyasət sahəsi də mühüm rol oynayır. Region dövlətləri vaxtilə - 22 il əvvəl vahid bir ölkənin tərkib hissəsi olmuşdur. Bizim tarixən əlaqələrimiz vardır, ancaq əminəm ki, hər bir ölkə müstəqilliyinin bəhrəsini görür. Biz təkcə azadlığa qovuşmamışıq. Biz sistemi dəyişmişik. Ölkələrimizin nailiyyətləri bazar iqtisadiyyatının və müstəqil siyasi inkişafın üstünlüklərini aydın nümayiş etdirir. Məsələn, 22 il əvvəl özəl sektorun ümumi daxili məhsulumuzda payı sıfır faiz idisə, bu gün bu göstərici 85 faizə bərabərdir.
Siyasi və iqtisadi transformasiya və sərmayələrin cəlb edilməsi istiqamətində aparılan siyasət uğurlu olub. Bu gün artıq Azərbaycan xarici ölkələrə sərmayə qoyur. Bunların hamısı olduqca qısa zamanda baş verib. Bu gün bizim regionumuz nəhəng potensiala, dinamik inkişafa və böyük insan kapitalına malik məkan hesab olunur. Bu məsələdə böyük inkişaf potensialı vardır və bizim göstəricilər dünya üzrə orta göstəricilərdən üstündür.
Azərbaycana gəldikdə, biz bu gün diqqətimizi iqtisadiyyatımızın şaxələndirilməsinə yönəldirik. Ötən il qeyri-neft sektorunda ümumi daxili məhsulun artımı 10 faizə qədər olub və ümid edirəm ki, növbəti 10 il ərzində eyni inkişaf tempi təmin ediləcək.
Onu da qeyd etməliyəm ki, Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Son 10 ildə iqtisadiyyatımız 3 dəfə artıb və iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə Davos İqtisadi Forumu Azərbaycanı dünyada 39–cu yerə layiq görüb. Bu, əsasən islahatların və təbii sərvətlərimizin düzgün istifadə edilməsi, insan kapitalına və infrastruktura yenidən sərmayələrin qoyulması və biznes imkanlarının yaxşılaşdırılması sayəsində mümkün olub.
Bir daha regionumuza göstərilən maraq və dəstəyə görə professor Şvaba və Davos İqtisadi Forumuna təşəkkürümü bildirərəm. Bu, mənim Davosa səkkizinci səfərimdir və bu, Azərbaycanın təbliği və təmasların qurulmasında çox faydalı olub. Ötən illər ərzində qurduğumuz təmaslar bu gün kosmik sənayenin, informasiya-kommunikasiya texnologiyalarının və indiyədək heç ağlımıza gətirmədiyimiz sahələrin inkişafına xidmət edib.
Bir daha Sizə təşəkkür edirəm və bu mövzunun bundan sonra da diqqət mərkəzində olacağına ümidvaram.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!