Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 8-01-2014, 11:24
 Bakıda sağlamlıq mərkəzi açılıb



Prezident İlham Əliyev: "2014-cü ildə sosial sahə prioritet olaraq qalacaq"
“Son illərdə Azərbaycanda səhiyyə sahəsinin inkişafı ilə bağlı böyük işlər görülüb. Bütün rayonlarda müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikilib”.


Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Bakı Sağlamlıq Mərkəzinin açılış mərasimində çıxışı zamanı deyib. Son illərdə yüzlərlə tibb mərkəzinin açıldığını xatırladan ölkə başçısı qeyd edib ki, belə mərkəzlərin yaradılması Azərbaycanda sosial sahəyə göstərilən diqqətin əlamətidir: “Bu sahə 2014-cü ildə də prioritet olaraq qalacaq. Çünki Azərbaycanın artan iqtisadi inkişafı, iqtisadi potensialı imkan verir ki, sosial sahəyə diqqət daha da böyük olsun. Əlbəttə ki, sosial sahənin əsas istiqaməti insanların sağlamlığıdır. Bu sahəyə də daim böyük diqqət göstərilir”. Dövlət başçısının sözlərinə görə, Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlar statistik göstəricilərdə də özünü əks etdirir: “Çünki ana ölümü, uşaq ölümü kəskin dərəcədə aşağı düşüb. Dünya Səhiyyə Təşkilatı Azərbaycanda aparılan islahatları təqdirlə qeyd edir. Bir sözlə, son illərdə ölkəmizdə və xüsusilə Bakıda müasir tibb müəssisələrinin yaradılması geniş vüsət alıb. Əminəm ki, gələcək illərdə hazırda təmirə ehtiyacı olan tibb müəssisələrində də təmir-bərpa işləri aparılacaq və gözəl şərait yaradılacaq”.


Bakı Sağlamlıq Mərkəzində olan şəraitin dünyanın ən yüksək standartlarına uyğun olduğunu bildirən dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan səhiyyə sahəsində, xüsusilə, avadanlıq, təchizat və tikinti işlərində öz standartlarını təqdim edir.

Ölkə başçısı səhiyyə sisteminin əsas göstəricisinin həkimlərin peşəkarlığı olduğunu bildirərək bu istiqamətdə hələ görüləsi işlərin çox olduğunu qeyd edib: “Həm təhsillə, həm həkimlərin təkmilləşdirilməsi ilə bağlı hələ görüləsi işlər çoxdur. Ümid edirəm ki, bizim bütün həkimlərimiz dünyada bu gün səhiyyə sahəsində gedən yenilikləri izləyəcəklər. Azərbaycanda ən mütərəqqi metodlar tətbiq ediləcək. Bax, peşəkarlıq da bu şəraitə uyğun olmalıdır. Belə olan halda hesab edirəm ki, Azərbaycanda səhiyyə sahəsində arzu etdiyimiz nəticə əldə olunacaq”.
Prezident diaqnostikanın vaxtında, müalicənin isə düzgün aparılmasının vacibliyini də qeyd edib: “Elə etməliyik ki, Azərbaycanda səhiyyə sahəsində daim inkişaf olsun”.

Dövlət başçısı 2014-cü ildə səhiyyə sahəsinin, ümumiyyətlə, sosial sahənin prioritet olaraq qalacağını vurğulayıb: “Biz 2014-cü ilin birinci həftəsində görüşürük. Deyə bilərəm ki, artıq 2014-cü ildə ölkəmiz üçün əhəmiyyətli olan iki obyektin açılışı olub. Ayın 3-də biz Qəbələdə müasir Dağ-Xizək Mərkəzinin açılışını qeyd etdik. Bu gün isə burada, Bakıda Sağlamlıq Mərkəzinin açılışını qeyd edirik. Nəzərə alsaq ki, bu gün 2014-cü ilin birinci iş günüdür, əminliklə demək olar 2014-cü ildə belə açılışlar çox olacaq”.

Prezident İlham Əliyev 2014-cü ilin ölkə, xalq üçün uğurlu il olacağından əmin olduğunu bildirib: “Biz qarşımıza qoyduğumuz bütün vəzifələrə çatacağıq”.


Paylaş



Bölmə: Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!