Təbrik edirik .....                        Paşinyan Azərbaycanla sülh sazişini seçkilərədək imzalamağı planlaşdırır .....                        Tramp: "Razılıq olmazsa, ABŞ İrana sərt tədbirlər tətbiq edəcək" .....                        İzmirdə FETÖ-ya qarşı əməliyyat: 12 nəfər saxlanılıb .....                        Paşinyan alternativ marşurutların olmasından narahatdır .....                        Salyanda "üstü bəzək, altı təzək" olan körpü .....                        Nəriman Axundzadənin ABŞ klubuna transferinin detalları müəyyənləşib .....                        Ərinin qətlini sifariş edən qadın apellyasiya şikayəti verdi .....                        Vensin ailəvi Bakı səfəri sosial şəbəkələrdə gündəm oldu .....                       
Tarix : 20-06-2016, 16:40
AŞPA sədri Azərbaycanı təriflədi


Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının açılışında çıxış edən qurumun sədri Pedro Aqramunt Avropa Şurasına üzv ölkələrdəki vəziyyətdən danışıb.

O, Azərbaycanla əməkdaşlığı və ölkədə insan haqları, demokratiya və hüquqi dövlət sahəsində həyata keçirilən layihələri alqışlayıb. AŞPA-nın Azərbaycan hökuməti ilə siyasi və konstruktiv dialoqu davam etdirdiyi vurğulanıb.

Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputat Rafael Hüseynov sessiyada çıxış edərək qeyd edilən sahələrdə ölkəmizdə həyata keçirilmiş layihələrdən danışıblar.

Rafael Hüseynov qaçqın problemi ilə üzləşən ölkələrə qarşı münasibətin eyni olmadığını, Azərbaycanın erməni təcavüzündən əziyyət çəkdiyini bildirib. Qeyd edib ki, baş verən cinayətlərin cəzasız qalması digər oxşar cinayətlərin yaranmasına səbəb olur. O, Ermənistanı AŞPA qətnaməsinə riayət etməyə çağırmağın zəruriliyini vurğulayıb.

Səməd Seyidov çıxışında Azərbaycan üzrə həmməruzəçilərin fəaliyyətini yüksək qiymətləndirib. O, ölkəmizdə insan haqları və digər sahələrdə görülən işlərdən söhbət açıb. Bildirib ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüskarı ilə parlamentdə qəbul edilmiş “28 May –Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar 10 min məhkuma şamil edilib. O, AŞPA-da Azərbaycanla bağlı bugünkü razılığın dialoq, əməkdaşlıq və qarşılıqlı anlaşmanın bəhrəsi olduğu diqqətə çatdırıb.

Azərtac


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!