İlham Əliyevdən Davos paylaşımı .....                        Hacıqabulda 14 ton qida yandı .....                        Türkiyədə dəhşətli yanğın: ölənlərin sayı 76-ya çatdı .....                        Akşenerin partiyasından istefa vermişdi: Ərdoğanın partiyasına qoşuldu .....                        Ümit Özdağ barədə həbs qərarı verildi .....                        İlyas İsmayılov komaya düşdü .....                        Vəzifəsinin ilk günündə məhkəməyə verildi .....                        Nazir məktəb direktorlarını topladı: tapşırıqlar verdi .....                        Prezident Davosda daha bir görüş keçirdi .....                       
Tarix : 18-04-2016, 15:15
Pedro Aqramunt: “Bütün üzv ölkələr ərazi bütövlüyü prinsipinə hörmət etməlidir”


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ilk günündə qurumun sədri Pedro Aqramunt çıxış edib.

Butov.az xəbər verir ki, APA-nın Avropa bürosunun xəbərinə görə, P. Aqramunt aprelin əvvəlində Dağlıq Qarabağda, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş gərginliyə toxunaraq bütün üzv ölkələri ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşmağa çağırıb: “Bu ayın əvvəlində Dağlıq Qarabağ bölgəsində yenidən zorakılıqlar şiddətləndi və bu da təmas xətti boyu mülki vətəndaşlar da daxil olmaqla, çoxsaylı insan itkisi ilə nəticələndi. Mən çoxsaylı insan tələfatı və zorakılıq əməllərinin baş verməsindən çox üzgünəm. Beynəlxalq birliyin atəşin dərhal kəsilməsinə dair çağırışlarından sonra bölgədə yenidən qeyri-sabit atəşkəs bərqərar olundu. Əminəm ki, hər iki tərəf bu gərginliyə son qoymaq üçün imkanlar yaratmalı, zorakılıqlara son qoymalı və atəşkəsə riayət etməlidir. Mən 47 üzv ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşılmasının zəruriliyini ifadə etmişəm. Həmişə beynəlxalq hüquq normalarına hörmətlə yanaşmaya çağırmışam. Beynəlxalq hüquq münaqişələrin sülh yolu ilə həll edilməsinə imkan verən hüquqi normalar təklif edir”.

P. Aqramunt qeyd edib ki, həm Ermənistan, həm də Azərbaycan Avropa Şurasına üzv olduqları vaxt üzərilərinə götürdükləri öhdəliklərə əməl etməli və onları bir-birinə qarşı qoyan münaqişənin sülh yolu ilə həlli istiqamətində siyasi iradə nümayiş etdirməlidirlər: “Təbii ki, Avropa Şurası bu münaqişənin birbaşa həllində ayrıca mandata malik deyil, amma bununla belə, əminəm ki, parlament diplomatiyası tərəflər arasındakı baxışların yaxınlaşdırılması istiqamətində öz yardımını göstərə bilər. Biz bu məsələdə dialoq aparmaya bilmərik və tərəflər arasında etimadın yaradılması üçün öz töhfəmizi verməliyik. Bütün münaqişələrin həllinin əsasında konstruktiv müzakirələr durur. Biz bu məsələni xüsusi prioritet kimi diqqətdə saxlamağa davam edəcəyik”.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!