Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 1-10-2015, 15:06
BMT-də Qarabağ təlaşı (FOTO)


BMT Baş Assambleyasının sessiyası çərçivəsində beynəlxalq sülh və təhlükəsizlik məsələlərin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi diqqət mərkəzində oldu.

Butov.az ANS PRESS-in məlumatına istinadən xəbər verir ki, sessiya çərçivəsində keçirilən görüşlərdə ABŞ prezidenti Barak Obama, Fransa prezidenti Fransua Olland, BMT baş katibi Pan Gi Mun,
ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparıb, Ermənistan-Azərbaycan probleminin həlli ilə bağlı fikirlər açıqlayıb, bölgədəki vəziyyətin normallaşması üçün tərəfləri sülhə səsləyiblər.

Fransa Prezidenti Fransua Olland BMT Baş Assambleyasında çıxışı zamanı Fransa Ermənistan-Azərbaycan sərhədində daha heç bir insidentin olmaması üçün bütün maraqlı tərəfləri regionda vəziyyəti izləməyə çağırıb.

O, Ermənistan-Azərbaycan sərhədində baş verənlərlə bağlı sualı cavablandırarkən bildirib ki, Paris bu məsələdə məsuliyyəti olduğunu hiss edir: "Çünki ATƏT-in Minsk qrupunun üzvü olan Fransa müharibə və ondan sonrakı xeyli insanın ölümü ilə nəticələnən bu münaqişənin həlli ilə məşğul olan strukturun həmsədridir: “Ona görə də biz Ermənistan-Azərbaycan sərhədində daha heç bir insidentin olmaması üçün bütün maraqlı tərəfləri regionda vəziyyəti izləməyə çağırırıq. Biz vasitəçiliyimizi davam etdirmək üçün səylər göstəririk. Siz bilirsiniz, bu yaxınlarda eyni şeyi söyləmək üçün mən Ermənistanda, həmçinin Azərbaycanda səfərdə oldum və tərəflərə bu münaqişənin davamlı həllinin tapılmasına dair çağırış etdim.”


BMT-də Qarabağ təlaşı (FOTO)


Azərbaycan, Ermənistan və Fransa prezidentlərinin Paris görüşü (30.10.2015)

Ermənistan və Azərbaycanda səfərdə olduğunu deyən Fransa prezidenti qeyd edib ki, bu ölkələrə səfər etməkdə məqsədi Qarabağ münaqişəsinin davamlı həllini tapmaq üçün çağırışlar etmək olub.

Nyu-Yorkda ABŞ prezidenti Barak Obama adından BMT-ın Baş Assambleyasının 70-ci sessiyasının iştirakçı ölkələrinin nümayəndə heyətlərinin şərəfinə qəbul verilib. Qəbulun gedişatında Serj Sarkisyanın Barak Obama ilə qısa söhbəti zamanı bölgədəki vəziyyət nəzərtdən keçirilib. B.Obama tərəfləri beynəlxalq prinsiplərə əməl etməyə çağırıb.
BMT-nin baş katibi Pan Gi Mun ilə Serj Sarkisyanın görüşündə Qarabağ probleminin nizama salması ətrafında aparılan danışıqlar prosesinə toxunulub. Ermənistan prezidenti Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində son vaxtlar baş verən problemlər və artan gərginlik haqqında BMT baş katibinə məlumat verib.

Pan Gi Mun problemin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həllinin əhəmiyyətini vurğulayıb, vəziyyətin eskalasiyası ilə əlaqədar narahatlığını ifadə edib. Həmsöhbətlər dünyada hadisənin narahatlığına səbəb olan aktual beynəlxalq problemləri – terrorizm və radikalizmdən doğan yeni münaqişələr, Cənubi Qafqaz, Orta və Yaxın Şərqdə gərginlik məsələlərini müzakirə ediblər.
Nyu-Yorkda sentyabrın 29-da Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və ATƏT-in qüvvədə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprşik ilə görüşündə də tərəflər son vaxtlar cəbhə xəttində baş verən gərginlik gündəmə gətirilib, ATƏT-in Minsk qrupu çərçivəsində Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıq prosesinin indiki mərhələsini müzakirə ediblər. Onlar təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin pozulmasına toxunublar.

Bu arada amerikalı həmsədr Ceyms Uorlik Qarabağda sülhməramlı qüvvələrin yerləşdiriləcəyi ilə bağlı sualı cavablandırıb. Onun sözlərinə görə, ABŞ-ın mövqeyi belədir ki, ATƏT-in Minsk qrupuna daxil olan, eləcə də qonşu ölkələr, o cümlədən Rusiya və ABŞ beynəlxalq sülhməramlı qüvvələrin tərkibində olmamalıdır.

Amerikalı həmsədr Ceyms Uorlik Ermənistanda nəşr olunan "Joxrovurd" qəzetinin "Rusiya təkbaşına Qarabağa sülhməramlı qüvvələrini daxil etməyə qərar verəcək, ABŞ belə informasiyay malikdirmi" sualına cavabında deyib: "Bizim fikirimizə görə, tərəflər bu məsələdə həmrəydir və mövzu artıq müzakirə edilir."

BMT-də Qarabağ təlaşı (FOTO)


ATƏT-in Minsk qrupunun həmsədrləri

Diplomat eyni zamanda bildirib ki, nizama salma çərçivəsində Dağlıq Qarabağın təhlükəsizlik təminatı üçün beynəlxalq sülh qüvvələrinin yerləşdirilməsi lazımdır. Sülhməramıların tərkibi haqqında müzakirələr davam edir, amma, sonda münaqişəni tərəflər həll edəcək."

Bir sözlə, Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyasının 70-ci sessiyası bir çox məqamları ilkə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi baxımından da yadda qaldı.


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!