Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                        “Nidanın Gücü, Gücün Nidası!”: Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı .....                        Azərbaycanda neçə "Tesla" avtomobili var? - QİYMƏTLƏR .....                        Sabahın hava proqnozu .....                        Qubadlı və Cəbrayılda modul tipli xəstəxanalar tikiləcək .....                        34 il sonra Xankəndidə Yeni il - FOTO .....                       
Tarix : 28-09-2015, 15:44
Serj Sarkisyan çıxışı ilə Dağlıq Qarabağ qondarma respublikasından imtina etdi - politoloq


Butov.az SalamNews-ə, istinadən xəbər verir ki, "Rоssiya seqodnya" Beynəlxalq Mətbuat Mərkəzində "Cənubi Qafqaz" politoloqların diskussiya klubunun 38-ci iclası keçirilib.

Tədbirdə Аzərbaycan-Avropa İttifaqı böhranı, Dağlıq Qarabağ tənzimlənməsi və digər aktual məsələlər müzakirə olunub.

Müzakirələrdə politoloqlar - Fikrət Sadıxov, Tofiq Abbasov, Rasim Ağayev iştirak edib.

Fikrət Sadıqov Ermənistan prezidenti Sej Sarkisyanın sonuncu “Mən Ermənistan deyəndə Dağlıq Qarabağı da nəzərdə tuturam" fikrinə münasibət bildirib. O qeyd edib ki, Ermənistan tərəfi belə oxşar bəyanatlar ilə tez-tez çıxış edib: “Ermənistan tərəfinin bu bəyanatı həm adi, həm siyasi məntiqə sığmır. Ermənistan rəhbərliyi bu bəyanatla Minsk qrupunun həmsdərlərinin bəyanatına, eyni zamanda Minsk qrupunun formatına zidd bir bəyanatla çıxış edib, hazırda Serj Sarkisyanın vəziyyəti stabil deyil. Hakimiyyətdə olan siyasətçilər ondan imtina edirlər. O, sona çatmaq ərəfəsindədir. Bir sıra aparıcı qüvvələr bəyanatla çıxış edirlər ki, Azərbaycan və Ermənistan tərəfi sülhü bərpa etməlidirlər, atəşkəsi pozmamalıdırlar. Mən bu səpkili bəyanatları Azərbaycana təhqir kimi qəbul edirəm. Azərbaycanın torpaqları işğal altındadır, amma bizi Ermənistanla eyniləşdirirlər, bizi Ermənistanla bir sıraya qoyurlar. Azərbaycan dünyaya nümayiş etdirir ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ və 7 rayonu gec–tez işğaldan azad olunacaq.

Politoloq Rasim Ağayev isə bunları deyib: “Faktiki olaraq bütün beynəlxalq cəmiyyət Ermənistanın tərəfindədir. Bu dəqiqə Ermənistan həm həmsədrlərlə, həm də ki, rəsmi Moskva ilə ikitərəfli oynayır. Rəsmi İrəvan və Moskva arasında ciddi danışıqlar gedir. Serj Sarkisyanın vəziyyəti pisdir. Onun dedikləri Azərbaycandan daha çox Dağlıq Qarabağ qondarma respublikasını narahat etməlidir. Serj Sarkisyan çıxış ilə Dağlıq Qarabağ qondarma respublikasından imtina etdi. Sözügedən məsələ ilə onun çıxılmaz vəziyyətdə olduğunu göstərdi."


Butov.az



Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!