Sabirabadda “Muğan” klinikası yanır .....                        Naxçıvanda avtobus aşdı - 4 nəfər xəsarət aldı .....                        Çimərlikdə batan yeniyetmələrin meyitləri tapıldı .....                        İsrailə daha sarsıdıcı cavablar veriləcək - Pezeşkian .....                        Qardaşlığımızın qiyamətə qədər davam etməsini arzulayırıq .....                        Filarmoniya bağında külək ağacı qadının üzərinə aşırdı .....                        Lavrov Fidanla İsrailin İrana hücumunu müzakirə ediblər .....                        Şəkidə yük boşaldan maşın aşdı - Ölən var .....                        SEPAH-ın daha bir generalı öldürüldü .....                       
Tarix : 23-09-2015, 15:25
Dağlıq Qarabağ münaqişəsi həllini tapa bilər


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Rusiya və Qərb ölkələri arasındakı qarşıdurmanın həll edilməsi fonunda öz həllini tapa bilər. Butov.az Milli.Az istinadən bildirir ki, bunu dailykarabakh-a açıqlamasında Berlində fəaliyyət göstərən iranlı politoloq Həsən Şəriətmədari deyib.

Politoloq hesab edir ki, Ermənistanın bu bölgə ilə bağlı tarixi tamahının olması ilə yanaşı, digər tərəfdən Rusiya və Qərb ölkələri, xüsusilə Amerika arasında olan ixtilaflar rəsmi Yerevan üçün dayaq nöqtəsi yaradıb və münaqişənin həlli istiqamətində ciddi müzakirələr aparmaqdan boyun qaçırmasına səbəb olub.

H.Şəriətmədari sonra deyib: "Təəssüflər olsun ki, Ermənistan BMT-nin qətnamələrinə əməl etməyib və qurumun tövsiyə xarakterli və xəbərdarlıq kimi qəbul etdiyi qətnamələrin icra zəruriliyini tanımır. Bu kimi qətnamələr Ermənistanı bu sahədə hansısa addımlar atmağa məcbur etməyəcək".

Politoloqun sözlərinə görə, Yaxın Şərqdə baş verən proseslər və böhranlar daha çox aktuallıq kəsb etdiyi üçün bütün səylər həmin böhranların həllinə yönəlib və Dağlıq Qarabağ münaqişəsinin həlli Yaxın Şərq böhranlarının fonunda qalıb: "Ümid edirəm ki, Yaxın Şərqdə vəziyyət stabilləşəcək və Dağlıq Qarabağ münaqişəsi siyasi mühitdə öz həqiqi yerini tapacaq".

İranlı politoloq hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində BMT-nin nəzarəti altında iki ölkənin diplomatları, təcrübəli ekspertləri vasitəsilə danışıqlar aparılmalıdır.


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!