Tramp hərbi komandanlıqla görüşdü .....                        İlham Əliyev uzaqgörən liderdir - İsrail naziri .....                        Yeni virus nə qədər qorxuludur? - 100 nəfər karantinə alındı .....                        Bakıda hakimin ailəsində faciə .....                        Bu şəhərdə dilənçilik qadağan edildi .....                        İmamoğlu ilə sevgili olmağım yalandır - AÇIQLAMA .....                        Rüfət Səfərovun məhkəməsində mübahisə - proses təxirə salındı .....                        Prospektdə hərəkət edən yük maşınının təkərləri yerindən çıxdı .....                        "TikTok"da söyüş söyən şəxsi həbs edildi .....                       
Tarix : 4-10-2013, 17:51

AŞPA-da Sərkisyana qarşı bəyanat


Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ermənistan prezidenti Serj Sarkisyanın oktyabrın 2-də assambleyadakı çıxışı və onun Azərbaycana qarşı söylədiyi böhtanlarla bağlı AŞPA-nın 20 deputatının imzası ilə yazılı bəyanat qəbul edilib və Assambleya üzvləri arasında paylanılıb.
APA-nın Avropa bürosunun xəbərinə görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səmnəd Seyidovun təşəbbüsü ilə hazırlanmış bu bəyanatı azərbaycanlı deputatlardan başqa, AŞPA-da təmsil olunan digər ölkələrin deputatları da imzalayıblar.
Bəyanatda deyilir: “Ermənistan prezidenti Serj Sarkisyan2013-cü il oktyabrın 2-də AŞPA-da çıxış edərək bunları deyib: “Biz Türkiyəyə qarşı heç vaxt ərazi iddiaları irəli sürməmişik. Əgər siz bu istiqamətdə hər hansı bir çıxış və bəyanatı tapıb mənə göstərə bilsəniz, o zaman mən sizdən üzr istəməyə hazıram…” Bununla bağlı Ermənistan prezidentinin çoxsaylı bəyanatlar arasında sadəcə 23 iyul 2011-ci il tarixdə Ermənistanda Tsaqkadzor şagirdləri ilə görüş zamanı edilmiş bəyanatını nəzərinizə çatdırmaq istərdik. Bir şagirdin cənab Sarkisyana bir gün Qərbi Ermənistanın və Ararat dağının Ermənistana birləşməsi haqda ünvanladığı sualına Serj Sarkisyan belə cavab verib: “Bu, sizin kimi gənc nəsildən və sizdən asılıdır. Hesab edirəm ki, mənim təmsil olunduğum nəsil üzərinə düşən işi yerinə yetirib. 1990-cı illərin əvvəllərində bizim milli ərazilərimizin bir parçası olan Qarabağı düşməndən müdafiəsinə ehtiyac olduğu bir vaxtda, biz bunu etdik” (asbarez.com, panarmenian.net). Onun gənclərə verdiyi cavabı Türkiyə və Azərbaycana qarşı hansı ərazi iddialarında olduğunu aydın şəkildə göstərir. Dağlıq Qarabağ bölgəsi və Ağrıdağ (Ararat) dağı Azərbaycan və Türkiyə ərazilərinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanınmış əraziləridir. Bu baxımdan biz Ermənistan prezidentini verdiyi sözə əməl etməyə və Parlament Assambleyasının auditoriyasına səhv məlumat verdiyi üçün onu üzr istəməyə çağırırıq”.


Paylaş



Bölmə: Xəbər / İrəvan / Karusel / Manşet
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!