İlham Əliyevdən Davos paylaşımı .....                        Hacıqabulda 14 ton qida yandı .....                        Türkiyədə dəhşətli yanğın: ölənlərin sayı 76-ya çatdı .....                        Akşenerin partiyasından istefa vermişdi: Ərdoğanın partiyasına qoşuldu .....                        Ümit Özdağ barədə həbs qərarı verildi .....                        İlyas İsmayılov komaya düşdü .....                        Vəzifəsinin ilk günündə məhkəməyə verildi .....                        Nazir məktəb direktorlarını topladı: tapşırıqlar verdi .....                        Prezident Davosda daha bir görüş keçirdi .....                       
Tarix : 29-01-2014, 13:15

 

 

 

 

 

Qənirə Paşayeva AŞPA-da Xocalı Soyqırımından danışaraq, Ermənistan nümayəndə heyətinə sərt cavablar verib. Deputat  AŞPA-nı Ermənistana təzyiq etməyə çağırıb: ”Müzakirə etdiyimiz  mövzu Avropanın və ümumiyyətlə dünyanın bu günü və gələcəyi üçün çox vacib və əhəmiyyətlidir. Rasizmin, nifrət duyğularının, tolerentsızlığın artması bizi ciddi narahat etməli və onun qarşısının alınması istiqamətində üzv ölkələr və Assambleyamız daha çox işlər görməlidir. Mən özüm bu cür hallardan əziyyət çəkən bir ölkənin vətəndaşıyam. Rasizm və tolerantsızlığın nələrə səbəb olduğunun yaxın tariximizdə nələrə səbəb olduğunu dostlarımızın daha yaxşı anlaya bilməsi üçün qeyd etmək istərdim ki, məhz Ermənistan dövlətinin apardığı siyasət, bu ölkədə təhsil və kütləvi informasi vasitələri ilə siyasətçilərin gənc nəsillərdə Azərbaycanlılara qarşı yaratdıqları rasizm, nifrət və tolerantsızlığın nəticəsi idi ki, 1988-ci ildə Ermənistan dövləti etnik təmizləmə siyasəti apararaq 100 minlərlə azərbaycanlını Ermənistandan, öz ata-baba torpaqlarından zorla qovaraq qaçqın həyatı yaşamağa məhkum etdilər. Bundan sonra isə Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edərək 20 mindən çox azərbaycanlını qətlə yetirdi, Xocalı şəhərində dinc azərbaycanlılara qarşı dəhşətli soyqırımı həyata keçirdirlər. 1 milyona yaxın azərbaycanlı 20 ildən artıqdır ki, məcburi köçkün həyatı yaşayır və Ermənistan AŞPA-nin 1416 saylı qətnaməsinə baxmayaraq onların öz evlərinə dönməsinə imkan vermir. Məncə bu qədər böyük insan faciəsi əslində müzakirə etdiyimiz bu mövzunu daha da geniş mənada anlamağımıza kömək edə bilər". 


Xocalı Soyqırımından danışan millət vəkili AŞPA bu cür insan haqları pozuntusuna susmamağa çağırıb:” Ermənistan nümayəndə heyəti öz ölkəsində rəsmi İrəvandan işğal etdiyi Azərbaycan torpaqlarını işğaldan azad etməyi tələb edən 1416 saylı AŞPA qətnaməsinin yerinə yetirilməsinə çalışmaqdansa Avropa Şurası millət vəkillərinə doğru olmayan məlumatlar verir, böhtan çıxışlar edirlər. Qənirə Paşayeva Assambleyada Azərbaycan və Azərbaycan prezidenti haqqında yalan məlumatlar verən və böhtan dolu çıxış edən Ermənistan nümayəndə heyəti üzvlərinə çıxışı zamanı sərt cavab verib."

Bir az əvvəl çıxış edən Ermənistan millət vəkili Zöhrabyan Azərbaycanla bağlı xüsusilə Azərbaycan prezidenti ilə bağlı tamamilə yalanlanlarla dolu fikirlər səsləndirdi ki, sizin hər biriniz onun yalan olduğunu qısa zamanda araşdıra və görə bilərsiniz”-deyə deputat vurğulayıb.

 



Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!