“Qarabağ” güclü komandadır və asan rəqib deyil .....                        Son 10 gündə ikinci əfv fərmanı .....                        Sabah şansımız var - Qurban Qurbanov .....                        “Qiyamət Saatı”nın əqrəbləri dörd saniyə irəli çəkildi .....                        Bayden sükutu pozdu: Trampı tənqid etdi .....                        Azərbaycanda qəribə toy: gəlin onlayn qoşuldu - VİDEO .....                        Baş nazir Bakı buxtası ilə bağlı iclas keçirdi .....                        Ləğv edilən vəzifələrin yerinə bu ştatlar yaradıldı .....                        Sahibə Qafarova Əbu-Dabidə Forumunda .....                       
Tarix : 28-01-2014, 14:49

 

TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Şahidov Moldova Respublikasının Parlament vəkili (Ombudsmanı) xanım Aureliya Qriqoriu ilə görüşüb. Görüş zamanı Moldovalı Ombudsman ötən ilin İyul ayının 4-də Ermənistan Konstitusiya Məhkəməsinin təşkil etdiyi "Avropa Şurasının üzvü olan ölkələrdə hüquq aliliyi və sərhədlərə dair Avropa standartlarına uyğun mülahizə" adlı beynəlxalq konfransda çıxışına görə ona qarşı təşkil olunan hücumlar haqqında ətraflı məlumat vermiş və Azərbaycan həqiqətlərini ermənilərin və bütün dünyanın üzünə dediyinə görə, ona olan təzyiqlərdən danışmışdır. Xanım Aureliya Qriroriu Yerevandakıçıxışında Ermənistan hakimiyyətini Azərbaycanın ərazilərini işğal etməkdə və Azərbaycan xalqına qarşı soyqırımı törətməkdə ittiham etmiş və onu təcavüzkar kimi qiymətləndirərək Ermənistanın beynəlxalq hüquqlara riayət etmədiyini bildirmişdi.

Görüş zamanı xanım Aureliya Qriroriu təəssüflə bildirdi ki, Ermənistan parlamentindəçıxışından sonra təzyiqlərə və təhdidlərə məruz qalaraq onun ölkəni tərk etməsinəəngəllər yaradılmışdı. Moldova parlamentinin səlahiyyətli üzvü təhlükə və təqiblərə məruz qalaraq, hətta şantaj edilərək, ondan Ermənistandan rəsmi şəkildəüzr istəməsi tələb olunmuş, əks halda qisas alınacağı bildirilmişdi.

Yerevandakı məlum çıxışından-həqiqəti söylədiyindən Azərbaycanda qəhrəman kimi qarşılanan və Azərbaycan xalqının sevimlisinəçevrildiyini vurğulayan TURSAM rəhbəri Əhməd Şahidov bir daha Moldovalı ombudsmana bu şücaətinə görə dərin təşəkkürünü bildirmiş və gələcəkdə bu istiqamətdə ikitərəfli əməkdaşlığın zəruri olduğunu diqqətəçatdırmışdır. Moldovanın da ərazi bütövlüyü ilə bağlı oxşar probleminin olduğunu diqqətəçatdıran Moldovalı ombudsman Azərbaycanda da bu konflikt barədə tədbirlərin keçirilməsini və Azərbaycan insanının da Dnestryanı münaqişə barədə məlumatlandırılmasını istədi.

TURSAM rəhbəri  Azərbaycan həqiqətlərini dünyada yaydığına görə, Moldova ombudsmanı xanım Aureliya Qriroriuya üçrəngli Azərbaycan bayrağını vəözünün qələmə aldığı "Sıfır Nöqtəsi" romanını hədiyyə etmişdir.



Paylaş



Bölmə: ---
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!