Təyyarə qəzasında xəsarət alanların son durumu AÇIQLANDI .....                        Azər Zahid barəsində həbs qərarı verildi .....                        Təyyarə qəzasının canlı şahidi danışdı .....                        Yasamaldakı yanğın söndürüldü .....                        Bakı-Qroznı-Bakı reysləri DAYANDIRILIR .....                        Qazaxıstan Hökumət Komissiyası qəzanın baş verdiyi ərazidə - FOTO .....                        Qəzada zərərçəkən ailələrə tibbi və psixoloji dəstək qrupu yaradıldı .....                        Təyyarədə iki çeçenistanlı uşaq olub .....                        Bakıdan Qroznıya nə üçün gedirlər? - Diaspor sədri qəzadan danışdı .....                       
Tarix : 10-11-2013, 23:49
 Azərbaycanın ABŞ-dakı səfirliyində Sovet Yəhudiləri üzrə Milli Komitənin gənclər qanadı olan “Druzya” qrupunun üzvləri ilə görüş keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyində Sovet Yəhudiləri üzrə Milli Komitənin gənclər qanadı olan “Druzya” qrupunun üzvləri ilə görüş keçirilib.


Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iştirak edən Komitənin icraçı direktoru Mark Levin çıxış edərək, Azərbaycanda tolerantlıq ənənələrinin dərin tarixi köklərə malik olduğunu, ölkəmizdə yəhudi və müsəlman icmasının birgə mehriban qonşuluq şəraitində yaşadığını bildirib, Azərbaycanda heç vaxt anti-semitizm hallarının müşahidə edilmədiyini deyib.

Bu yaxınlarda Azərbaycana etdiyi səfəri xatırladan M. Levin əhalisinin əksəriyyətinin müsəlman dininə etiqad etdiyi Azərbaycanda yəhudi icmasına münasibətin nümunəvi olduğunu və ümumilikdə etnik və dini rəngarəngliyin təşviqi məsələsinin Azərbaycan rəhbərliyinin xüsusi diqqət mərkəzində olduğunu vurğulayıb. M. Levin xalqlar arasında dos münasibətlərin dövlətlərarası münasibətlərin xarakterini formalaşdırdığını əlavə edərək, Azərbaycan-İsrail ikitərəfli əlaqələrindən geniş bəhs edib və münasibətləri “strateji tərəfdaşlıq” kimi dəyərləndirib.

O, son vaxtlar Rusiyada etnik zəmində baş verən gərginliklərə münasibət bildirərək, neo-irqçi qrupların fəallaşması, eləcə də idman oyunlarında svastikanın nümayiş etdirildiyini diqqətə çatdırıb, əsasən Rusiyada olan Azərbaycan icmasına qarşı yönəlmiş qərəzli münasibətdən narahatlıq keçirdiklərini bildirib.

Daha sonra çıxış edən səfir Elin Süleymanov Azərbaycanda yəhudi icmasının tarixindən bəhs edərək, yəhudi icmasının xalqımızın etnik mənzərəsində öz çaları olduğunu bildirmiş və yəhudilərin ölkəmizin ictimai-siyasi həyatında fəal şəkildə təmsil olduqlarını diqqətə çatdırıb. Xalqımızın ən çətin günlərində yəhudi icması tərəfindən daim dostluq və qardaşlıq münasibəti gördüyünü bildirən səfir Vətənimizin ərazi bütövlüyünün müdafiəsi uğrunda azərbaycanlı və yəhudilərin çiyin-çiyinə mübarizə apardıqlarını əlavə edib. Bu xüsusda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı şəhid olmuş Albert Araqunovun Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görüldüyünü deyib.

Etnik və dini rəngarəngliyin Azərbaycan dövlətinin milli sərvəti olduğunu bildirən səfir tolerantlığın təşviqinə ölkə rəhbərliyi tərəfindən daim xüsusi diqqət ayrıldığını vurğulayıb, nəticədə Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoq üçün nümunəvi platformaya çevrildiyini qeyd edib.



Paylaş



Bölmə: Xəbər / Dünya / Karusel / Slayd
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!