Hər gün Xırdalana gedənlərin NƏZƏRİNƏ! .....                        Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı .....                        Pensiyalar gələn aydan artımla veriləcək - RƏSMİ .....                        Zelenski Netanyahuya zəng etdi .....                        Salyanda ağır qəza: vəzifəli şəxs öldü .....                        Bakıdakı məşhur stadion sökülür? - RƏSMİ .....                        Bakıda yanğın: 3 nəfər xilas edildi .....                        Azərbaycanda tramvaylar fəaliyyətə başlayır - Ünvanlar AÇIQLANDI .....                        Rəşad Nəbiyev Prezidentə məruzə təqdim etdi .....                       
Tarix : 2-10-2013, 11:54
Kommunistlər Əlİkrəm Hümmətova qarşı bəyanat verdi




Azərbaycan Kommunist Partiyası (AKP) Ələkrəm Hümmətovun Ermənistana səfərini pisləyən bəyanat verib. Bu barədə Modern.az-a partiya sədri Rauf Qurbanov məlumat verib. O bildirib ki, Kommunist Partiyası Mərkəzi Komitəsi separatçı Ə. Hümmətovun İrəvana və işğal altında olan Azərbaycan torpaqlarına səfər etməsini kəskin şəkildə qınayıb.

AKP-nin bəyanatında qeyd edilir ki, vaxtı ilə Qarabağ separatçılarına qarşı vuruşan və Bakıdan Xankəndinə basıb keçəcəyini bəyan edən “polkovnik” Hümmətov heç nə olmayıbmış kimi, bir neçə gün qabaq özü İrəvandan Xankəndinə səfər edib və yaşlaşdıqca müdrikləşmək, səhvlərini etiraf edib düzəlmək əvəzinə, orda növbəti ağılsız açıqlamalar verib. “Öz sərsəm çıxışlarında Qarabağda, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş azərbaycanlı, talış, ləzgi, rus, yəhudi və digər millətlərdən olan insanları şəhid yox, “lazımsız qurbanlar” adlandıran bir insana ağıllı demək mümkün deyil. Talış xalqına heç bir etnik, bioloji bağlılığı olmayan separatçı Ələkrəm Hümmətovun İrəvan və Xankəndindəki çıxışları, konkret olaraq talış xalqını, bu xalqın Qarabağ uğrunda şəhid olmuş övladlarının ruhunu alçaltmaqdır. Azərbaycanın ağır illərində bütün azsaylı xalqlar kimi, talışlarda silaha sarılaraq vətənin müdafiəsinə qalxıblar və bu mübarizədə canlarını qurban veriblər. Talış xalqının yüzlərlə, minlərlə oğlu Qarabağda şəhid olub. Onların ruhu heç vaxt Ə. Hümmətov kimi vətənsiz xaini bağışlamaz. Azərbaycan Kommunist Partiyası, Azərbaycanın dövlət suverenliyini və ərazi bütövlüyünü parçalamaq məqsədi ilə separatçı qüvvələrin başında duran və buna görə də Azərbaycan Respublikasının vətəndaşlığından məhrum olunan, ölkədən qovulmuş Əlikram Hümbətovun öz separatçı siyasətini xaricdə davam etdirməsi faktını kəskin pisləyir. Azərbaycan ərazisində çiyin-çiyinə yaşamış müxtəlif millətlər arasında “düşmənçilik toxumu səpən” belə naqis satqınların bu hərəkətlərini, xalqımızın düşmənlərinə xidmət göstərməsi kimi qiymətləndirir”, – deyə bəyanatda qeyd olunur.

Xatırladaq ki, bir müddət öncə, Azərbaycandan deportasiya olunmuş və hazırda mühacirətdə yaşayan Ə. Hümmətov İrəvana və Dağlıq Qarabağdakı separatçı rejimə səfər edib.

Aqşin Kərimov


Paylaş



Bölmə: Siyasət / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!