Zəngilan və Cəbrayılda qartəmizləmə işləri görülür .....                        Lerikin kəndlərinə işığın verilməsi bərpa olunur - "Azərişıq” .....                        Əliyar Ağayev Avropa Liqasına təyinat aldı .....                        Vaqif Allahverdiyevə 8 il həbs verildi .....                        Rayonlarda qar intensivləşib, 12 dərəcə şaxta var .....                        Bu mükafatı almaq mənim üçün böyük şərəfdir - İlham Əliyev .....                        İlham Əliyev bank prezidenti ilə görüşdü .....                        Avropa Birliyindən Trampa XƏBƏRDARLIQ .....                        Kəlbəcərin yeganə 20 Yanvar şəhidi - Firuz Cabbarov .....                       
Tarix : 16-09-2013, 11:49
Azərbaycanla İran arasında "qaynar xətt" yaradılır


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədri Elşad İskəndərov, İrana işgüzar səfəri çərçivəsində İİR Mədənyyət və İslami İrşad naziri Əli Cənnati ilə görüş keçirmişdir.

İranlı nazir Dövlət Komitəsi sədrini və Azərbaycanın rəsmi heyətini səmimi salamlayaraq Azərbaycan Respublikası ilə onu bir çox xoş xatirələrin bağladığını qeyd etmiş, xüsusən Ümummilli lider Heydər Əliyevin İrana səfəri çərçivəsində Məşhədə etdiyi ziyarət zamanı onunla görüşü haqda xatirələrini bölüşüb. Ə.Cənnəti həmçinin İİR və Azərbaycan Respublikası arasında mədəni və dini sahədə əməkdaşlığın tarixi haqda və bu əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi barədə fikirlərini bildirib.

Hazırda dünyanı narahat edən ən böyük problemlərdən birinin dini zəmində radikal və ifrat düşüncələrə malik dini hərəkatların olduğunu qeyd edən İranlı nazir, belə cərəyanların qarşısının alınmasında bütün dünyanın əməkdaşlıq etməli olduğnu vurğulayaraq, Azərbaycan ilə bu sahədə də müştərək fəaliyyətə hazır olduğunu qeyd edib. Ə. Cənnati həmçinin Qarabağın işğalı ilə bağlı İran dövlətinin Azərbaycanın mövqeyini dəstəkləməsi, “İranın Qarabağın işğalını heç vaxt tanımadıgını” bildirib. Səmimi keçən görüşdə Ə.Cənnəti İran və Azərbayan mətbuatında dini mövzular barədə qarşılıqlı yazılar, İslam mədəni irsi və elmi mübadilə və s. sahələrdə əməkdaşlıq məsələlərinə toxunmuş, ortaq İslam mədəniyyəti ənənələrinin yaşadılması zəruriliyi haqda fikirlərini bildirib.

Öz növbəsində Elşad İskəndərov İranlı həmkarına dəvətə görə təşəkürünü bildirərək, digər sahələrdə olduğu kimi, Azərbaycan hökümətinin İran ilə dini sahədə də konstruktiv, qarşılıqlı maraqlar və dostluq prinsiplərinə əsaslanan əməkdaşlığa açıq olduğunu qeyd etmişdir. DQİDK sədri Azərbaycanda dövlətin İslam dini dəyələrinə göstərdiyi gayğı haqqında ətraflı məlumat vermiş, son illərdə bilavasitə ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə bu sahədə görülən işləri xüsusi qeyd etmişdir. Dövlət komitəsinin sədri Azərbaycan hökümətinin bir sıra beynəlxalq forumlarda İslamofobiya ilə mübarizə sahəsində, həmçinin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəyliyin artırılması sahəsində fəal rolunu qeyd etmişdir. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının üzvü olduğunu nəzərə çatdıran DQİDK sədri, Azərbaycan bu rolunun bütün müsəlman ölkələri üçün vacib olduğunu xüsusi vurğulayıb.

Aparılan söhbət zamanı E. İskəndərov mətbuatın dini sahədəki məsələlərlə baglı, bəzən qarşı tərəf haqda əsassız məlumatların yaydığını nəzərə çatdıraraq, belə məlumatlara dövlət qurumları tərəfindən operativ reaksiya verilməsinin vacibliyini, bu məqsədlə təmsil etdikləri qurumlar arasında birbaşa, “qaynar xətt” formatında işləyən əməkdaşlıq mexanizminin yaradılmasını təklif etmişdir. İranlı həmkar həqiqətən mətbuatın iki ölkə arasında olan münasibətlərə həssas yanaşmasının vacib olduğunu vurğulayaraq, irəli sürülən təkliflə razı olduğunu qeyd edib.

Xatırladaq ki, İranda mətbuatla iş məhz Mədəniyyət və İslami İrşad nazirliyinin fəaliyyət səlahiyyətlərinə aiddir.

Mənbə: ANS PRESS


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!