Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər .....                        Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərləndi .....                        Netanyahu: İranla razılaşmada İsrailin maraqları nəzərə alınmalıdır .....                        Millimizin Millətlər Liqasındakı rəqibləri açıqlandı .....                        Ceyhun Bayramov Abbas Əraqçiyə təbrik məktubu ünvanlayıb .....                        ABŞ-də Azərbaycan vətəndaşı həbs edildi - Ağır cinayətlərdə ittiham olunur .....                        Qaradağda yaşayış binasında yanğın: Təxliyə olunanlar var .....                        Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                       
Tarix : 21-07-2015, 16:01
Müdafiə naziri mətbuat işçilərini təbrik etdi

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Milli Mətbuat Günü münasibətilə təbriki

Hörmətli kütləvi informasiya vasitələri nümayəndələri!
Sizi Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir və fəaliyyətinizdə daha böyük yaradıcılıq uğurları arzulayıram.
Xalqımızın görkəmli ziyalısı və vətənpərvər oğlu Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunan “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız 140 illik tarixi ərzində çətin və şərəfli yol keçib, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub, dünyanın informasiya şəbəkəsindəki yeri artıb, rəqabət fəaliyyəti xeyli yüksəlib.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamına əsasən respublikamızda kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin orden və medallarla təltif edilməsi, fəxri adlara layiq görülməsi Silahlı Qüvvələrimizin də şəxsi heyətinin böyük sevincinə səbəb olub.
Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında da qeyd edildiyi kimi, kütləvi informasiya vasitələri bundan sonra da daha peşəkar, obyektiv və prinsipial olacaq, yüksək milli şüur və vətənpərvərlik nümayiş etdirərək Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutacaq və mətbuatımız müasir cəmiyyət quruculuğunda, milli-mənəvi dəyərlərin təbliği, gənc nəslin vətənpərvərlik tərbiyəsi, eləcə də Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinə layiqli töhfələrini verəcəklər.
Sizi bir daha milli mətbuatımızın yaranmasının 140 illik yubileyi münasibətilə təbrik edir, çətin, məsuliyyətli və şərəfli işinizdə uğurlar arzulayıram.

Hörmətlə,
Azərbaycan Respublikasının Müdafiə naziri
general-polkovnik Zakir HƏSƏNOV


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!