Sumqayıtda binada yanğın - Sakinlər təxliyə edildi .....                        Almaniya səfiri ilə danışıq olduqca sərt aparılıb .....                        Zaqatalada ağır qəza: Yaralılar var .....                        Danışığını bilməyən ağılsız - Xalq artistindən sərt reaksiya .....                        Özbəkistanda məsciddə partlayış: 3 ölü, 10 yaralı .....                        Mətbuat Şurası bəyanat yaydı: "Bu film jurnalistika prinsiplərinə ziddir" .....                        Bakıdan Almaniyaya etiraz - Səfir XİN-ə çağırıldı .....                        Ermənistan dezinformasiya yayır .....                        56 yaşlı kişini ildırım vurub öldürdü .....                       
Tarix : 11-04-2015, 14:35
Cəbhə bölgəsindəki hərbi hissələrə döyüş bayraqları təqdim olunub

Mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yerləşən hərbi hissədə olub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin fərmanı ilə hərbi hissələrə verilmiş döyüş bayraqlarını komandirlərə təqdim edib.

Təntənəli mərasimdə çıxış edən birlik komandiri general-leytenant Rövşən Əkbərov ölkə rəhbərliyi və Müdafiə Nazirliyinin komandanlığı tərəfindən hərbi hissələrə göstərilən etimada görə minnətdarlığını bildirib.
Əlamətdar gün münasibətilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyəti təbrik edərək deyib:
"Bu gün sizin hərbi hissələrə döyüş bayraqları təqdim olundu. Bu münasibətlə sizin hamınızı təbrik edirəm. Döyüş bayrağı hərbi hissənin şərəf və şöhrət rəmzidir. Biz istəyirik ki, döyüş bayraqlarımız bütün döyüşlərdən şərəflə keçərək işğal olunmuş bütün torpaqlarımızı azad etməklə Azərbaycanımızın ayrılmaz hissəsi olan Qarabağda dalğalansın. Biz hamımız buna inanırıq və əminik!
Bu gün Silahlı Qüvvələrimiz Möhtərəm Ali Baş Komandanımızın rəhbərliyi ilə elə bir səviyyədə döyüş hazırlığı keçir ki, artıq düşmən qorxur və vahimə içindədir. Düşmənlərə bizim layiqli cavabımız onun ordusunda nizam-intizamın aşağı düşməsinə və şəxsi heyətin işğal olunmuş torpaqlarda xidmətdən yayınmasına gətirib çıxarır.
Cəbhə bölgəsindəki hərbi hissələrə döyüş bayraqları təqdim olunub
Cəbhə bölgəsindəki hərbi hissələrə döyüş bayraqları təqdim olunub

Biz xüsusilə qeyd etmək istəyirik ki, ön cəbhədəki qəhrəman əsgər və zabitlərimiz düşmənə bu gün layiqli cavab verir. Düşmənin uğursuz əməliyyatları onlar üçün sonda böyük itkilərlə nəticələnir. Bu da düşmən ordusunda, ümumilikdə Ermənistanda problemlər yaradır.
Cəbhə bölgəsindəki hərbi hissələrə döyüş bayraqları təqdim olunub
Cəbhə bölgəsindəki hərbi hissələrə döyüş bayraqları təqdim olunub

Bir daha bildiririk ki, qısa bir müddətdə öz torpaqlarımızı azad edəcəyik. Möhtərəm cənab Prezident xüsusi qeyd etmişdir: "Biz heç zaman razı olmarıq ki, Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Əgər erməni əsgəri ölmək istəmirsə Ağdama, Füzuliyə gəlməsin.Yoxsa nəticəsi bundan da ağır olacaq".
Bu gün mən sizin hərbi birliyin xidməti döyüş fəaliyyətini yüksək qiymətləndirirəm və tam əminəm ki, siz qarşınızda duran bütün vəzifələri indiyədək olduğu kimi bundan sonra da yüksək səviyyədə yerinə yetirəcəksiniz. Bir daha sizi təbrik edir və xidmətinizdə uğurlar arzulayıram".
Cəbhə bölgəsindəki hərbi hissələrə döyüş bayraqları təqdim olunub

Mərasimin sonunda hərbi hissələr təntənəli marşla tribuna önündən keçiblər


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!