Zelenski kameralar önündə üzr istəməlidir - Vaşinqtondan tələb .....                        Ermənistan vururdu, elə təqdim edirdi, guya biz vururuq .....                        Şəhidin ata-anası dəm qazından öldü .....                        Avropanın təhlükəsizliyi Türkiyəsiz mümkün deyil .....                        Azərbaycanın BMT qurumları ilə yeni əməkdaşlıq modeli açıqlandı .....                        Bu oğlan sülh istəmir - Tramp Zelenskiyə söz atdı .....                        Gürcüstan MDB sazişindən çıxdı .....                        İlham Əliyevə məktub yazmaq istəyirdim, Paşinyan qoymadı - Arayik .....                        Arayik məhkəmədə etiraf etdi: "Təəssüf edirəm.." .....                       
Tarix : 17-12-2014, 13:07
Müdafiə naziri Silahlı Qüvvələrin tibb xidmətinin rəhbər zabit heyəti ilə görüşüb

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi tibb xidmətinin rəhbər heyətinin ilin yekunlarına həsr olunmuş toplantısında iştirak edib.
Müdafiə naziri və Tibb Baş İdarəsinin rəhbərliyi toplantıdan əvvəl Heydər Əliyevin hospitalın həyətində ucaldılmış büstünü ziyarət edərək önünə gül dəstələri qoyub və xatirəsini ehtiramla yad ediblər.
Sonra toplantını giriş sözü ilə açan Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev son bir il ərzində qoşunlarda şəxsi heyətin döyüş hazırlığı və sosial-məişət şəraitinin səviyyəsinin yaxşılaşdırılması, hərbi tibb müəssisələrinin müasir avadanlıqlarla təchiz edilməsi, müayinə və müalicə işinin təkmilləşdirilməsi, hərbi qulluqçuların və onların ailə üzvlərinin sağlamlıq vəziyyətinin qorunması və tibbi təminatının müasir tələblərə uyğun təşkil edilməsi üçün dövlət və ordu rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlərin vacibliyini qeyd edərək Müdafiə nazirinə bu sahəyə göstərdiyi diqqətə görə görüş iştirakçıları adından minnətdarlığını bildirib.
Müdafiə naziri Silahlı Qüvvələrin tibb xidmətinin rəhbər zabit heyəti ilə görüşüb

Müdafiə naziri general-polkovnik Z.Həsənov toplantıda çıxış edərək Silahlı Qüvvələrin döyüş qabiliyyətinin möhkəmləndirilməsi məqsədilə aparılan irimiqyaslı quruculuq işlərinin ölkə rəhbərliyinin, şəxsən Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət mərkəzində olduğunu xüsusilə vurğulayıb.
2015-ci tədris ili üçün qarşıda duran vəzifələrdən danışan Müdafiə naziri bu gün dövlət rəhbərliyinin əsas məqsədinin Silahlı Qüvvələrin döyüş qabiliyyətinin daha da gücləndirilərək torpaqlarımızın işğaldan azad ediməsi vəzifəsinin yerinə yetirilməsindən ibarət olduğunu qeyd edib. Məhz bu sahədə tibb xidməti zabitlərinin də üzərinə düşən məsuliyyətin artırılmasını, hər bir hərbi tibb müəssisəsi rəhbərliyinin xidmət etdiyi hərbi bölmənin döyüş qabiliyyətinin möhkəmləndirilməsinə töhfə verməsini diqqətə çatdırıb.
Müdafiə naziri Silahlı Qüvvələrin tibb xidmətinin rəhbər zabit heyəti ilə görüşüb
Müdafiə naziri Silahlı Qüvvələrin tibb xidmətinin rəhbər zabit heyəti ilə görüşüb

Görüşün sonunda Müdafiə naziri tibb zabitlərinin hərbi təbabətin aktual sahələri ilə bağlı suallarını ətraflı cavablandırıb və bir sıra məsələlərə aydınlıq gətirib.
Sonra Azərbaycan Tibb Universiteti Hərbi Tibb fakültəsinin əsaslı təmir olunmuş qərargah və yataqxanasına baxış keçirən Müdafiə naziri görüləcək işlərlə bağlı tövsiyə və tapşırıqlarını verib.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!