Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 24-05-2017, 17:27
ÖMRÜNÜZÜN KAMİLLİK ZİRVƏSİ, MÜBARƏK!

“Əkinçi” qəzetindən başlayan mətbuat tariximiz bu günümüzə qədər şərəfli yol keçib. Yaşadığımız cəmiyyətdə jurnalist olmaq həm şərəfli, həm də məsuliyyətli peşə hesab olunur. Sevindirici haldır ki, Azərbaycan mətbuatında həyatını jurnalist peşəinə həsr edən insanlar qələmiylə narahat dünyamızda xariqələr yaradırlar. Ən əsası onlar jurnalist adının saflığını ləyaqətlə qorumağı bacarırlar. Mən jurnalist peşəsində ucalan bir ziyalımızın həyat yolunu vərəqləmək istərdim. Deyərdim ki, həmin ziyalıyla həmsöhbət olmaq, müsahibələrini dinləmək insana mənəvi ruh verir. Dəfələrlə onunla söhbət etdiyim andan sonra qərara gəlmişəm ki, o, dünən də, bu gün də olduğu kimi görünən insandır və hər zaman həyat amalı da düzgünlük, həqiqət və paklıq olub. İçindəki vətən sevgisi, yurd təəssübkeşliyi və qələmə ömürlük bağlılığı onu həmkarlarından daha çox fərqləndirib. İndi demək olar ki, onu bütün mətbuat işçiləri tanıyır. Çünki, o, cəmiyyətimizdə mətbuatımızın ağrı-acısını çiyinlərində daşıyan, reket jurnalistikaya qarşı kəskin mübarizə aparan, ali məktəb auditoriyasında tələbələrinə mətbuat tariximizdən söhbət açan tələbkar müəllimdir. Dövrü mətbuatdakı müsahibələrindən də oxumuşam ki, gənclik illərində çətinliklərə sinə gəldiyi günlər çox olub. Əziyyətlərə baxmayaraq, həmişə həyatın enişli-yoxuşlu yollarından alnıaçıq, üzüağ çıxmağı bacarıb. Heç zaman həyatda büdrəməyib, əyilməyib, məğrurluğunu saxlayıb. O, həm də xoşbəxtdir ki, televiziya ekranından, elmi konfranslardan, müxtəlif tədbirlərdən aydın və səlist çıxışlarına görə milyonlarla dinləyiciləri ətrafına toplaya bilib. Demək olar ki, dərin zəkaya, gözəl nitq qabiliyyətinə malik olduğundan çıxışları da həmişə yaddaqalan olub.

Haqqında söhbət açacağım ziyalı “İki sahil” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadədir.

Qısa xatırlama: Vüqar Gəncəli oğlu Rəhimzadə 1967-ci il may ayının 24-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltaq kəndində anadan olub. 1984-cü ildə Saltaq kənd orta məktəbini bitirib. Həmin ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun axşam şöbəsinə daxil olub. İlk əmək fəaliyyətinə fəhlə və quraşdırıcı çilingər kimi başlayıb. Hərbi xidmətdən sonra bir sıra qəzetlərlə əməkdaşlıq edib.1989-cu ildə işlədiyi trestin çoxtirajlı "Böyük kimya uğrunda" qəzetinin müxbiri, 1990-cı ilin iyulundan həmin qəzetin redaktoru təyin olunub. 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2006-cı ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1991-ci ildən “İki sahil” qəzetində əvvəlcə məsul katib, hazırda isə həmin qəzetin baş redaktorudur. 2000-ci ilin noyabr ayında keçirilən parlament seçkilərində 5 saylı Culfa-Ordubad seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. V.Rəhimzadə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin və Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2005-ci il tarixli sərəncamı ilə Əməkdar jurnalist fəxri adına layiq görülüb. 22 may 2009-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvüdür. Fondun Müşahidə Şurasının sədr müavinidir. Ailəlidir, üç övladı var.

Vüqar müəllimin həyatında sevincli anlar çox olub. Böyük dövlət xadimi, ulu öndər Heydər Əliyevlə olan ilk görüşü indi yaddaşında unudulmaz xatirə kimi saxlayıb. Məlumdur ki, Yeni Azərbaycan Partiyası siyasi səhnəyə XX əsrin 90-cı illərin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəlmişdir. Məhz müstəqilliyimizin ilk illərində Yeni Azərbaycan Paryiyasının ətrafında sıx birləşən ziyalılardan biri də Vüqar Rəhimzadə olub. Şəxsi müşahidələrimə əsasən deyərdim ki, Vüqar Rəhimzadənin Azərbaycan Mətbuat Şurasının, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirtdiyi tədbirlərdə obyektiv, dərin məzmunlu çıxışları onun mətbuatımızın keşiyində möhkəm dayanmasına bariz nümunədir. Qeyd edim ki, Vüqar Rəhimzadənin baş redaktor olduğu “İki sahil” adlı müstəqil ictimai-siyasi qəzet cəmiyyətin nəbzini tutan mətbu orqandır. Demək olar ki, Vüqar müəllimin gərgin əməyinin və zəhmətinin bəhrəsi “İki sahil”in üşıqüzü görən hər nömrəsində görünür. Qəzeti oxuduqca, yeni məlumatlar əldə edirsən. Həmçinin, 25 il ərzində “İki sahil” qəzetində geniş oxucu kütləsini narahat edən Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində, xüsusən mədəniyyətimizlə, tariximizlə, ziyalılarımızla və sadə zəhmət adamlarının həyatı ilə bağlı çoxlu sayda məqalələr dərc olunub. Təsadüfi deyil ki, 25 il öncə yaranan bu qəzet Azərbaycanın müstəqiilik illəri ilə bərabər mətin addımlayıb. Hazırda SOCAR-ın təsisçiliyi ilə nəşr olunan bu qəzetin əsas məramnaməsi də dövlətçiliyin, milli maraqların qorunmasına xidmət etməkdir. Vüqar Rəhimzadə məqalələrinin birində yazır: “Ölkəmizin sürətlə inkişaf etdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin qarşısında yeni vəzifələr dayanır. Azərbaycan mətbuatı da bu vəzifələri dövlətin yüksək səviyyədə diqqət və qayğısı nəticəsində ardıcıl olaraq yerinə yetirir.” Qürur hissi ilə qeyd edərdim ki, dünyanın diqqət mərkəzində olan Azərbaycanda hazırda mətbuatımıza dövlət qaygısı var, jurnalist əməyinə isə böyük dəyər veriliir. Son illərdə jurnalistlər arasında müsabiqələrin keçirilməsi, mətbuat işçilərinin mənzillə təmin olunması bu sahəyə ötən illərdən fərqli olaraq diqqətin artırılmasıdır. Mən böyük şəxsiyyət, parlaq zəka sahibi Vüqar Rəhimzadə haqqında yazımı yekunlaşdırarkən belə qənaətə gəldim ki, sənətinin fədaisi olmaq hər insana nəsib olmur. Bir də unutmayaq ki, sənəti də, ucalığı da biz insanlara Tanrı bəxş edir. İndi hamılıqla beynimizə bir fikir də hakimdir ki, ömür payımızı elə yaşamalıyıq ki, arxaya boylananda ötən illərimizə heyfslənməyək. Sirr deyil ki, onsuz da illərimiz sürət qatarına dönərək, hər gün əlçatmaz olur. Bu gün Vüqar müəllim də şərəflə yaşadığı ömrünün kamillik zirvəsindədir. Ad günündə, 50 illik yubiley təntənəsində Vüqar Rəhimzadəyə möhkəm cansağlığı, daima uğurlar qazanmağı arzulayaraq, deyirəm: “Ömrünüzün kamillik zirvəsi, mübarək!”

Təranə CƏBİYEVA


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!