Zelenski onları "axmaq" adlandırdı .....                        Dövlət başçısına nələr hədiyyə edildi? - FOTO .....                        Rusiya Ukrayna ilə sülh üçün iki variant təklif etdi – Şərtlərin TAM SİYAHISI .....                        Laçında “MDB-nin mədəniyyət paytaxtı - 2025”in açılış mərasimi .....                        Rusiya ilə Ukrayna razılaşa biləcək? -Türkiyədən AÇIQLAMA .....                        Makronun 40 min avroluq heykəli oğurlandı .....                        Müharibə zamanı Ermənistanın hədəfə aldığı mülki obyektlər .....                        Tələbə dənizdə boğulub öldü .....                        Kreml 30 günlük atəşkəsə niyə razılaşmır? .....                       
Tarix : 3-03-2017, 12:00
Vüqar Əliyev: “Azərbaycanın inkişafı, ölkədəki sabitlik və təhlükəsizlik dünyaya nümunədir”

“Həssas regionda yerləşən, ərazisi işğal edilən, mühüm transmilli enerji layihələrinin təşəbbüskarı olan Azərbaycanın inkişafı, ölkədəki sabitlik və təhlükəsizlik dünyaya bir nümunədir. Bunun iki səbəbi var. Birinci səbəb Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, praqmatik, milli maraqlara söykənən siyasətdir. İkinci səbəbi isə Azərbaycan xalqının bu siyasəti dəstəkləməsidir”.

Butov.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusuna keçirilən konfransda çıxışı zamanı deyib. O bildirib ki, bəzi qüvvələr öz məqsədlərinə çatmaq olmaq üçün Azərbaycan gənclərindən istifadə ediblər və bir sıra hallarda öz məqsədlərinə nail olublar: “90-cı illərdə gənclər ayrı-ayrı siyasi qruplara bölünərək hakimiyyət uğurunda mübarizə aparırdılar. Yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra düşünülmüş gənclər siyasətinin əsası qoyuldu, gənclər siyasətinin konseptual əsasları yaradıldı. Gənclər Azərbaycan prezidenti İlham Əliyevin ətrafında sıx birləşməlidir”.

V. Əliyev qeyd edib ki, bu gün Azərbaycan dövləti gənclərə böyük diqqət göstərir: “Azərbaycanda gənclərin inkişafı üçün hərtərəfli şərait yaradılıb. Bu gün Azərbaycan cəmiyyətinin inkişafına gənclər böyük töhfələr verir”.

Dövlətin jurnalistikaya kifayət qədər qayğı ilə yanaşdığını söyləyən V. Əliyevin sözlərinə görə, KİV cəmiyyətdə, gənc nəsildə vətəndaşlıq hissinin formalaşmasına mühüm töhfəsini verməlidir: “Jurnalistika kifayət qədər məsuliyyətli sahə olduğundan gənc jurnalistlər nəzəri biliklərini artırmalı, cəmiyyətin nəbzini tutmalıdırlar”.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!