TikTok-da yeni funksiya .....                        "Fənərbaxça"da yeni transfer .....                        Pakistan Ermənistanın ŞƏT-ə üzvlüyünü bloklayıb .....                        Putin Pezeşkianla görüşdü .....                        Sumqayıtda karton zavodu yanır .....                        Kremldən Putin-Əliyev görüşü barədə açıqlama .....                        1-ci xanımların tədbirində İranı Pezeşkianın qızı təmsil etdi - FOTO .....                        Azərbaycanlı hakim UEFA-dan yeni təyinat aldı .....                        Liderlərin xanımları bir arada - FOTO .....                       
Tarix : 25-04-2016, 11:36
`Gənclərin ölüm xəbərini eşitmək çox ağrılıdır` - Nazir


“Azərbaycanda gənclər siyasəti sahəsində ciddi addımlar atılır”.

Butov.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Bakıda keçirilən gənclər forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu sahədə Azərbaycanda bir sıra layihələr həyata keçirilib, Gənclər Fondu yaradılıb.

“Bu il Gəncə Avropanın gənclər paytaxtı elan edilib. Bundan başqa, gələn il 1000 skaut Azərbaycanda skautlar forumunda iştirak edəcək. Bütün bunlar ölkənin gənclərə investisiya yatırılmasında maraqlı olduğunu göstərir” – deyən nazir bu gün dünyada minlərlə gəncin münaqişələr və ya kimlərinsə öz məqsəd və istəklərinə nail olmaq üçün digər ölkələri ələ keçirmək cəhdləri nəticəsində həlak olduğunu bildirib:

“Gənclərin üzləşdiyi problemlər, ekstremizm, terrorizm sülh çağırışlarına ziddir. Gənc insanların ölüm xəbərlərini eşidirik. Bu, çox ağrılıdır. Bütün dünyada qadınlara qarşı zorakılıqla mübarizə aparılmalıdır”.

Nazir Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi nəticəsində mədəni abidələrin məhv edildiyini, lakin Azərbaycanın multikultural cəmiyyətə sadiqliyini sübut edə bildiyini qeyd edib:

“Azərbaycan da ərazi baxımdan zorakılığa məruz qalıb. Tarixi torpaqlarımız işğal altındadır. Lakin biz tolerantlıq dəyərlərini qoruyuruq və irəli aparırıq. Qapımızı dünyaya açarıq. Dünyanın daha yaxşı olmasını istəyirik. Ümid edirik ki, bizim üzləşdiyimiz çətinliklərlə gələcək dünya üzləşməyəcək”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!