Mart soyqırımından 107 il ötür .....                        HƏMAS atəşkəsə razıdır .....                        Tramp üçüncü dəfə prezident olmaq istəyir .....                        Almaniya ilk özəl raketini buraxdı .....                        İmamoğlunun telefonu araşdırıldı - Nələr aşkarlanıb? .....                        Suriyanın yeni hökuməti: biri qadındır - SİYAHI .....                        Tramp Putinin bu sözlərindən qəzəblənib .....                        Mənzildən meyit tapıldı .....                        Paşinyan cini şüşədən çıxartdı - Ermənilər seçim etməlidir .....                       
Tarix : 26-01-2015, 15:19
Cəza çəkməkdən azad olunmuş gənclərin sosial adaptasiyasına dəstək gənclər təşkilatının əsas hədəflərindən biridir
Gənclərin əsas hədəflərindən biri

7 il öncə qəbul olunmuş “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu həbsdən azad olunmuş şəxsin sosial adaptasiyası üçün vacib olan bütün komponentləri özündə əks etdirir və hazırda Qobustanda inşa edilən və bu il istifadəyə verilməsi proqnozlaşdırılan Adaptasiya Mərkəzi məhz adı çəkilən bu qanunun tələbidir. Bu mərkəz keçmiş məhkumların cəmiyyətə inteqrasiyası istiqamətində iş aparmaqla ölkəmizdə təkrar cinayət statistikasının azalmasına kömək edə biləcək.
Ölkəmizdə bu sahədə aparılan ciddi işlərə baxmayaraq, keçmiş məhkumların, xüsusilə belə gənclərin cəmiyyətə inteqrasiyası sahəsində bir sıra problemlər də qalmaqdadır. Cəzaçəkmə müəssisələrini tərk etmiş gənc azadlığa çıxdıqdan sonra özünə iş tapmaqda, yaşayış yeri tapmaqda, maddi gəlir əldə etməkdə və sənədlərinin bərpa edilməsində və bununla yanaşı cəmiyyətin psixoloji baryeri kimi ciddi çətinliklərlə üzləşirlər. Bu problemlərdən çıxış yolu kimi isə yenidən cinayət etməyi görürlər. Bunun nəticəsində də bir çox hallarda insanların həyatı və əmlakı üçün təhlükə yaranır, günahsız insanlar təkrar cinayət qurbanına çevrilirlər.
Bütün bu məqamları nəzərə alaraq, xüsusi həssas gənclər qrupu olaraq cəza çəkməkdən azad edilmiş gənclər, onların sosial adaptasiyasına dəstək verilməsi “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi“ İctimai Birliyinin əsas hədəflərindən biridir və təşkilat mütəmadi olaraq, müxtəlif layihələri ilə bu sahəyə öz töhfəsini verməkdədir. Təşkilatın hazırda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə növbəti layihəsi, “YENİ HƏYAT - Cəza çəkməkdən azad olunacaq gənclər üçün azadlığa hazırlıq kursları“ layihəsi icra edilir.
Layihə çərçivəsində Cəzaçəkmə Müəssisəsində azadlığa çıxacaq gənclərlə hüquqi və psixoloji iş aparılır, onlara azadlıqdakı hüquqi və psixoloji mühitlə bağlı geniş informasiyalar verilir. Layihə iştirakçıları milli qanunvericiliyin cəza çəkməkdən azad olunmuş gəncə verdiyi hüquqlar, habelə cəmiyyətin, işəgötürənlərin onlara münasibətinin yaratdığı psixoloji gərginliklərdən çıxmaq üçün psixoloji vasitə və alətlər barədə məlumatlar əldə edirlər. Bu layihə cəza çəkməkdən azad olunacaq gəncləri azadlıqdakı sosial adaptasiya imkanları, onların cəmiyyətə inteqrasiyası üçün dövlətin həyata keçirdiyi proqram və layihələrdən agah etmişdir. Layihə çərçivəsində həmçinin kitabça da çap edilmişdir. Bu kitabçada cəza çəkməkdən azad edilmiş gənc üçün zəruri olan bütün informasiyalar, milli qanunvericiliyin onlara verdiyi hüquq və imtiyazlar öz əksini tapmışdır.

MƏTBUAT XİDMƏTİ


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!