Bu universitetə yeni prorektor təyin edildi - DOSYE .....                        Buradan Vətənə qələbə ilə qayıtmaq çox vacib olacaq - Qurbanov .....                        Ötən ay vəfat edən gənc şairin oğlu dünyaya gəldi .....                        Səs yazısı yayılan direktor işdən çıxarıldı .....                        Ağ Evdə tarixi zirvə görüşü: İlham Əliyev, Paşinyan və Tramp .....                        Əli Əsədov Türkmənistanda .....                        Qubadakı yanğını törədənlər - ADLAR .....                        Putin Netanyahu ilə danışıqlar apardı .....                        Şahin Şıxlinski həbs edildi .....                       
Tarix : 6-11-2013, 14:46
Sosial Müdafiə mərkəzlərinə XƏBƏRDARLIQ


Noyabrın 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev keçirdiyi brifinqdə ünvanlı dövlət sosial yardımlarının təyinatı və ödənişinə nəzarətin həyata keçirilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mühüm fəaliyyət sahələrindən biri olduğunu qeyd edərək bildirib ki, bu sahədə ötən müddətdə yol verilmiş nöqsanların, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində nazirliyin yeni rəhbərliyi tərəfindən artıq müvafiq tədbirlərə başlanılıb. Aztəminatlı əhali qrupları bu tədbirlərin müsbət nəticələrini yaxın vaxtlarda hiss edə biləcəklər.

Əhalinin sosial müdafiəsi mərkəzlərinin (ƏSMM) direktorlarının iştirakı ilə nazirlikdə iclas keçirildiyini diqqətə çatdıran Çingiz Əliyev iclasda ünvanlı sosial yardımların təyin olunması və ödənişi işlərində hər hansı neqativ hala yol verilməməsi və şəffaflığın təmin olunması ilə bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tərəfindən mərkəz direktorlarına ciddi tapşırıqlar verildiyini vurğulayıb.


Qeyd olunub ki, korrupsiya əməlinə yol verən əməkdaşlarla bağlı ciddi tədbirlər görüləcək. Eyni zamanda, hüquq- mühafizə orqanları ilə bu sahədə müvafiq nəzarət formalarının tətbiq olunması məqsədilə söhbətlər aparılıb və yardımların təyinatı işlərində qanunsuzluğa yol verən əməkdaşların ifşa olunaraq cəzalandırılması üçün birgə tədbirlər görüləcək.

Çingiz Əliyev bu ay ünvanlı yardım alacaq 134 mindən artıq ailəyə KİV vasitəsilə müraciət edərək, bildirib ki, təyin olunmuş yardımların alınması üçün onlara banklar tərəfindən verilmiş plastik kartları heç bir halda mərkəz əməkdaşlarına verməsinlər .Heç bir əməkdaş vətəndaşları onlara təyin olunmuş yardımı onlarla bölüşməyə təhrik edə bilməz. Belə hallarla üzləşənlər nazirliyin 142 - Qaynar xəttinə, yaxud (012) 595 53 81, (012) 595 04 28 və (012) 595 04 26 nömrəli telefonlara müraciət etməlidirlər.


Paylaş



Bölmə: Sosial / Şəkilçarx / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!