Pensiya alanlara şad xəbər .....                        Xamenei ABŞ-ın təklifini rədd edib .....                        Bakıda iki nəfər 10 kq narkotiklə tutuldu .....                        Ərdoğan Pezeşkianla danışdı .....                        DTX əməliyyat keçirdi - Qanunsuz dini yığıncaq təşkil edənlər ölkədən çıxarıldı .....                        13 nəfər Suriyadan Azərbaycana gətirilib .....                        General Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən danışdı .....                        Laçında möhtəşəm atəşfəşanlıq .....                        İstanbuldan Azərbaycanın iki şəhərinə birbaşa uça biləcəyik .....                       
Tarix : 1-02-2017, 20:07
Qaradağ rayonunda keçirilən yığıncaqda Azərbaycan gənclərinin İnkişaf Strategiyasından danışılıb

Gənclər Günü münasibətilə Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində yığıncaq keçirilib.

Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, çıxış edən Qaradağ Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov dövlət gənclər siyasəti istiqamətində görülən işlər, Gənclər Günü münasibətilə keçirilən tədbirlər barədə məlumat verib. Azərbaycanda gənclər hərəkatının tarixindən, gənclərin müxtəlif tarixi mərhələlərdə iştirakından danışıb.

Milli Məclisin deputatı Aydın Hüseynov gənclərimizin Azərbaycanın ictimai-siyasi həyatında oynadıqları roldan, ölkəmizin reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında fəaliyyətlərindən bəhs edib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov dövlət orqanlarının diqqətini gənclərlə bağlı məsələlərə yönəltmək məqsədilə Prezident İlham Əliyevin həyata keçirdiyi sosial islahatlardan, o cümlədən 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyasından söz açıb.

İcra hakimiyyəti başçısının müavini Təranə İsmayılova Qaradağ rayonunda aparılan quruculuq və abadlıq işlərindən, yaxın gələcəkdə reallaşacaq irimiqyaslı layihələrdən danışaraq bu istiqamətdə gənclər üçün böyük perspektivlərin olduğunu söyləyib.

Gənclər adından çıxış edən Könül Əhmədova ölkədəki gənclər hərəkatına, idmana göstərilən diqqət və qayğıya, yaradılan hərtərəfli şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Sonda Qaradağ rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən gənclər fəxri fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!