Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 3-05-2016, 16:49
Mayın 3-də Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrin və gənc tədqiqatçıların mərhum eks-prezident Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan “Gənclər və elmi innovasiyalar” mövzusunda respublika elmi-texniki konfransı öz işinə başlayıb.

Konfransın məqsədi müxtəlif istiqamətlər üzrə təhsil alan tələbələri müasir elmi yeniliklər və Heydər Əliyevin təhsil və elm sahəsində xidmətləri ilə tanış etməkdir.

Əvvəlcə tədbir iştirakçıları universitetdə yerləşən Heydər Əliyev Mərkəzində olublar və burada onun həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolarla tanış olublar. Heydər Əliyevin büstü önünə güllər düzüb, xatirəsini ehtiramla yad ediblər. Daha sonra Universitet rəhbərliyi və qonaqlar ötən ay cəbhədə düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olan AzTU-nun şəhid məzunlar üçün yaradılan güşə ilə tanış olublar.

Tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirilməsindən, gənclərin inkişafına göstərilən dövlət qayğısından danışıb. Ölkəmizdə gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu qeyd edən rektor mərhum eks-prezident Heydər Əliyevin Azərbaycan gənclərinin təhsilinə, hərtərəfli inkişafına diqqət və qayğısını xüsusi vurğulayıb. Heydər Əliyevin "Dövlət gənclər siyasəti haqqında" 1999-cu il 29 iyul tarixli Fərmanının əhəmiyyətindən söz açıb.

Rektor vurğulayıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aydındır ki, dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən çox asılıdır. Təhsil sahəsində aparılan islahatlar da gənclər siyasətinin ən vacib istiqamətlərindəndir.

Bildirilib ki, son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəallığı ilə seçilir. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb.

H.Məmmədov qeyd edib ki, müstəqilliyimizin əbədi olması, torpaqlarımızın azad edilməsi sahəsində gənclərimizin üzərinə böyük vəzifələr düşür. Gənclərimiz təhsildə müvəffəqiyyət qazanmaqla yanaşı, vətənin layiqli övladları kimi yetişməlidirlər. Çünki Azərbaycanın uğurlu gələcəyi bu günün tələbə gənclərindən asılıdır.

Konfransın plenar iclasında “Heydər Əliyev və müasir Azərbaycan mədəniyyəti”, “MİCROSOFT HYPER-V server bazasında AzTU-da virtual iş yeri infrastrukturunun qurulması”, “12,7X108 mm-lik snayperin B-32 tipli zireh dələn yandırıcı gülləli patronun layihələndirilməsi və İNVERTOR proqramı vasitəsilə kompyuter modelinin qurulması” mövzularında məruzələr dinləniləcək.

Konfransda qonaq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Akademiyasının rəisi Heydər Piriyev, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri İsfəndiyar Əliyev, Müdafiə Sənayesi Nazirliyinin şöbə müdiri Azad Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri və müxtəliv universitetlərin prorektorları iştirak edib.

Konfrans “Avtomatika və kompyuter texnikası”, “Xüsusi texnika və texnologiya” “Radiotexnika və rabitə”, “Elektrotexnika və energetika”, “Metallurgiya”, “Texnoloji maşınlar”, “Nəqliyyat”, “Maşınqayırma”, “Mühəndis biznesi və menecment” və digər bölmələr üzrə davam edərək öz işini mayın 5-də yekunlaşdıracaq.


Modern.az

AzTU-da elmi-texniki konfrans
AzTU-da elmi-texniki konfrans


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!