Göygöldə 40 yaşlı kişini öldürüb dərəyə atan şəxs saxlanılıb .....                        "Sabah"ın baş məşqçisi: "Ölkədə təkcə "Qarabağ" yox, başqa komandalar da var" .....                        Tramp Azərbaycanı Vaşinqtona dəvət etdi .....                        Suriyada daşqınlar: Üç nəfər ölüb, ikisi uşaqdır .....                        Əsədin son günləri: Reallıqdan qopmuş, videooyunlara aludə lider .....                        Gəncədə iki avtomobil toqquşdu, piyada xəsarət aldı .....                        Zelim Tçkayev Paris “Böyük Dəbilqə”sində finala yüksəldi .....                        Sabahdan Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq .....                        Qubada bir ailənin 8 üzvü qonaqlıqda qidadan zəhərlənib .....                       
Tarix : 15-09-2015, 15:09
Azərbaycan Dövlət Pedaqoji Universitetində Bilik günü xüsusi təntənə ilə qeyd edilib


Sentyabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Bilik gününə həsr edilmiş tədbir keçirilib.

Butov.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov rəhbərlik etdiyi ali məktəbin müəllim və tələbələri, xüsusilə birinci kurs tələbələrini və onların valideynlərini 2015-2016-cı tədris ilinin başlanması münasibətilə təbrik edib.

Rektor vurğulayıb ki, ümummilli lideri Heydər Əliyevin strateji inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyev elm və təhsilə böyük qayğı və diqqət göstərir. Dünyada siyasi nüfuzu durmadan yüksələn, müntəzəm olaraq mötəbər beynəlxalq tədbirlərin keçirildiyi dünyəvi, tolerant Azərbaycanda təhsilin inkişafı ölkəmizin ümumi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib. Həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin iqtisadi imkanları ilbəil sürətlə artır və bu sürətli, dinamik iqtisadi inkişafa uyğun olaraq elm və təhsilə göstərilən qayğı və diqqət də yüksəlir.

Y.Məmmədov qeyd edib ki, Azərbaycanda təhsil sahəsində bir çox layihələrin uğurla həyata keçirilməsində böyük və əvəzsiz xidmətləri olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, eyni zamanda, bir sıra xarici ölkələrdə müxtəlif sosial-iqtisadi, humanitar layihələrin birbaşa təşəbbüskarı və təşkilatçısıdır.

Diqqətə çatdırılıb ki, yeni tədris ilinin başlanması ADPU-nun professor-müəllim heyətinin və tələbə kollektivinin həyatında xoş və əlamətdar bir hadisədir. 2015-2016-cı tədris ili respublikamızın qabaqcıl ali təhsil müəssisələrindən biri olan ADPU-nun kollektivi üçün də bir sıra yeniliklərlə başlayıb. Belə ki, bu il ADPU-ya 10 fakültə, 21 ixtisas üzrə 1949 nəfər, rus bölməsində isə 10 ixtisas üzrə 109 nəfər qəbul edilib. Bütövlükdə, bu ali təhsil ocağına 2058 nəfər bakalavr qəbul edilib. Eyni zamanda, ali təhsilin magistratura pilləsinə 20 ixtisas üzrə 290 gənc qəbul olub. Bakalavriat pilləsində dövlət sifarişi əsasında 1327 nəfər, magistratura pilləsinə isə 134 tələbə təhsil alacaq. Həmçinin Təhsil Nazirliyinin həyata keçirdiyi “SABAH” qrupları layihəsinə uyğun olaraq yeni tədris ilində ibtidai sinif müəllimliyi ixtisası üzrə 15 nəfərdən ibarət qrup təşkil edilib.

Bildirilib ki, son illər ADPU-da təhsilin keyfiyyətinin yüksəldilməsi, tədris prosesinin təşkili və idarə olunması işinin müasir tələblər səviyyəsində qurulması, obyektiv və şəffaf təhsil mühitinin yaradılması üçün müntəzəm olaraq ardıcıl tədbirlər həyata keçirilir.

Y.Məmmədov çıxışının sonunda tələbə-gənclərə çox mütaliə etməyi, elmi biliklərə dərindən yiyələnməyi, öz bilik və bacarıqlarını, peşəkar qabiliyyətlərini artırmağı, yüksəkixtisaslı mütəxəssis və əsl vətəndaş kimi yetişməyi tövsiyə edib.

Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, ADPU-nun pedaqogika və psixologiya fakültəsinin dekanı, dosent Şəhla Əliyeva, həmin fakültənin məktəbəqədər pedaqogika kafedrasının müdiri, professor Müseyib İlyasov və başqaları müəllim və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik ediblər.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!