Bakıda obyekt yanır .....                        Pensiya və maaş artımı neçə nəfəri əhatə edəcək? .....                        Prezident “AzerGold”la bağlı sərəncam imzaladı .....                        Elçin Quliyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb - FOTO .....                        Pezeşkian Rusiya Baş nazirinin müavinini qəbul edib .....                        Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                       
Tarix : 27-12-2015, 21:47
“Dərbənd” xeyriyyə cəmiyyətində görkəmli dövlət xadimi Əziz Əliyevin xatirəsi anılıb


AZƏRTAC xəbər verir ki, dekabrn 26-da “Dərbənd” xeyriyyə cəmiyyəti sədrinin birinci müavini, tarix elmləri doktoru, ehtiyatda olan birinci dərəcəli kapitan Nurulla Əliyev tədbirdə məruzə ilə çıxış edərək görkəmli dövlət və partiya xadimi Əziz Əliyevin tarixi xidmətlərindən danışıb, onun həyat və fəaliyyəti barədə ətraflı məlumat verib.
“1897-ci il yanvarın 1-də qədim Azərbaycan torpağı olan İrəvan quberniyasının Hamamlı kəndində anadan olan professor, məşhur pedaqoq, səhiyyə və təhsil sahəsində əvəzsiz təşkilatçı, böyük alim, diplomat Əziz Əliyev ölkəmizin tarixində silinməz iz qoyub. Əziz Əliyevin həyat yolu elmi, pedaqoji, ictimai və dövlət fəaliyyəti sahələri ilə zəngin olub. Görkəmli dövlət xadimi Azərbaycanda səhiyyənin təşkili sahəsində xüsusi rol oynayıb. Əziz Əliyev Azərbaycan SSR-in xalq səhiyyə komissarı, Azərbaycan SSR Ali Sovetinin sədri, Dağıstan Vilayət Partiya komitəsinin birinci katibi, Tibb İnstitutunun və Azərbaycan Dövlət Universitetinin rektoru kimi mühüm vəzifələrdə çalışdığı dövrlərdə özünü bacarıqlı dövlət xadimi və səhiyyə sahəsində təşkilatçı kimi göstərib”, - deyə natiq çıxışına davam edərək bildirib ki, onun Dağıstanda birinci katib işlədiyi dövr Dağıstan-Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə olduğu illər hesab edilir. Fəaliyyətinin sonrakı dövründə Əziz Əliyev Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi vəzifəsinə irəli çəkilib, SSRİ Ali Sovetinin və Dağıstan Ali Sovetinin deputatı seçilib.

Görkəmli dövlət xadiminin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərinin yüksək qiymətləndirildiyini, . bir çox orden, medal və fəxri fərmanlarla təltif edilidiyini söyləyən N.Əliyev hazırda Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Bakıda, Naxçıvanda və Mahaçqalada küçələr Əziz Əliyevin adını daşıdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Görkəmli dövlət xadiminin həyat və fəaliyyətinin bir çox məqamlarından söhbət açan N.Əliyev vurğulayıb ki, 2007-ci ildə Əziz Əliyevin 110 illik yubileyi münasibətilə Dağıstanda keçirilmiş yubiley tədbirlərində çıxış edən Dağıstan Respublikasının Prezidenti Muxu Əliyev ölkəsinədə xidmət göstərmiş görkəmli siyasi və ictimai xadimlərin sırasında Əziz Əliyevin adının daim xüsusi hörmət və ehtiramla çəkildiyini qeyd etmişdi. Böyük Vətən müharibəsində 9 may Qələbə günü münasibətilə Dağıstan əhalisinin rəhbərinə inam və sədaqət rəmzi olaraq hədiyyə etdiyi xəncər hazırda Azərbaycan Milli Tarix Muzeyində saxlanılır.

Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan - Dağıstan əlaqələrinin və xalqlarımız arasında bütün sahələrdə münasibətlərin sürətlə inkişaf ediyini qeyd edən N.Əliyev məhz ümummilli liderin diqqət və qayğısı nəticəsində hər iki respublikada tanınmış şəxslərin - Qafqaz xalqları qarşısında müstəsna xidmətləri olan iki dahi şəxsiyyətin - Şeyx Şamilin və Əziz Əliyevin yubileylərinin həm Azərbaycanda, həm də Dağıstanda dövlət səviyyəsində keçirilməsi faktını xüsusi vurğulayıb.

Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də Azərbaycan və Dağıstan xalqları arasında əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Məhz bu diqqətin nəticəsidir ki, son illərdə hər iki respublika arasında

müxtəlif sahələrdə əlaqələr sürətlə inkişaf edir. Dərbənd şəhərinin 2000 illik yubiley tədbirlərində Azərbaycandan nümayəndə heyətinin iştirakı, Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovun Mahaçqala şəhərində Əziz Əliyevin abidəsinin ucaldılmasına dair imzaladığı Sərəncam, Prezident İlham Əliyevin Sərəncamı ilə Dərbənddə mədəni obyektlərin yenidən qurulmasına vəsait ayrılması, Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil müəssisələrinin binalarının əsaslı təmiri və s. faktlar hər iki respublika arasında əlaqələrin inkişafının göstəriciləridir.

Sonra “Dərbənd” xeyriyyə cəmiyyətinin üzvləri çıxış edərək Əziz Əliyevin xalqlarımız arasındakı əlaqələrin inkişafında misilsiz xidmətlərindən danışıb, onun qayğıkeş alim, tanınmış həkim və müəllim kimi xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər. Çıxış edənlər Azərbaycan və Dağıstan respublikaları arasında münasibətlərin inkişafında mühüm layihələr həyata keçirən Heydər Əliyevin Fondunun və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rolunu xüsusi vurğulayıblar.

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov rəhbərlik etdiyi elm ocağında Azərbaycanın qədim şəhəri olan Dərbəndin tarixinin öyrənilməsinə mühüm əhəmiyyət verildiyini söyləyərək bildirilib ki, Əziz Əliyevin siyasi fəaliyyətinin Dağıstan dövrü xalqlarımız arasındakı əlaqələrin ən şanlı səhifələrini təşkil edir. Məhz Əziz Əliyevin sayəsində dağıstanlıların öz yurdlarından sürgün edilməsinin qarşısı alınıb. Əziz Əliyevin yaşadığı dövr araşdırılarkən İrəvanın qədim Azərbaycan torpağı olduğu, ermənilərin isə bu ərazilərə sonralar köçürüldüyü danılmaz faktlarla bir daha təsdiqlənir.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Müzəffər Talıblı çıxışında vurğulayıb ki, vətənpərvər ziyalı, dövlət xadimi, gözəl insan olan Əziz Əliyev Dağıstanda böyük imperiyanın və ermənilərin məkrli siyasətinin qarşısının alınması kimi məsul vəzifənin öhdəsindən layiqincə gəlib.

Sonra Əziz Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətinə həsr olunan şəkillər nümayiş etdirilib.

Sonda cəmiyyətin üzvləri adından Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovun Mahaçqala şəhərində Əziz Əliyevin abidəsinin ucaldılmasına dair imzaladığı Sərəncama görə minnətdarlıq məktubu oxunub.

“Bütöv Azərbaycan”


Paylaş



Bölmə: Dərbənd / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!