Hansı özəl klinikalar xərçəng müalicəsi aparacaq? - ŞƏRTLƏRAzərbaycanda onkoloji xəstələrə keyfiyyətli xidmət göstərəcək özəl klinikaların sayı çox məhduddur.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Komitə sədri vurğulayıb ki, bu qanunu qəbul etmək o demək deyil ki, bütün özəl tibb müəssələri onkoloji xəsətələri müalicə edə biləcək.
“Çox ciddi monitorinq aparılacaq, müvafiq icra hakimiyyəti orqanları ilə əlaqələr saxlamışıq, söhbətlər aparmışıq. Ciddi monitorinqlərdən sonra hansı özəl klinikaların maddi-texniki bazası, kadr potensialı imkan verəcəksə o özəl tibb xəstəxanalarına lisenziya veriləcək və onların hesabatlılığı da dövlət onkoloji tibb müəssələrinin qarşısında olacaq”.