İcra başçısı işdən çıxarılan Qaradağda YENİ TƏYİNATLAR .....                        Gəncədə kanalizasiya xətti partladı - Xəsarət alanlar var .....                        Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq .....                        Nyu-Yorkda 14 nəfər soyuqdan ölüb .....                        Paşinyan İlham Əliyevin getdiyi tədbirə yola düşür .....                        McDonald's qiymətləri 15% artırdı .....                        Neftdən asılılığı azaltmaq üçün qanunları dəyişdilər .....                        Pezeşkian göstəriş verdi: İran-ABŞ danışıqları başlayır .....                        İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - FOTO .....                       
Tarix : Bu gün, 15:48
Xərçəng xəstələri müalicə üçün özəl klinika seçə biləcək


Xərçəng xəstələri müalicə üçün özəl klinika seçə biləcək

Onkoloji müalicə artıq özəl klinikalarda da mümkün olacaq.
Məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilən “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.
Dəyişikliklərə əsasən, onkoloji xidmətin yalnız dövlət tibb müəssisələri ilə məhdudlaşdırılması aradan qaldırılacaq.
Hazırda “Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə onkoloji xidmət yalnız bu sahə üzrə ixtisaslaşmış dövlət tibb müəssisələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına göstərilir. Eyni zamanda dövlət onkoloji xəstələrin dispanserizasiyası, müayinə, müalicə və reabilitasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin yaradılmasını və onların maddi-texniki bazasının gücləndirilməsini təmin edir.
Qanunvericiliyə əsasən onkoloji xəstələrə müalicə-diaqnostika yardımı fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi ilə ixtisaslaşdırılmış onkoloji müəssisələrdə göstərilir və bu xidmətlər dövlət büdcəsi hesabına maliyyələşdirilir.
Lakin “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 24-cü maddəsi pasiyentin öz razılığı ilə həkimi və müalicə müəssisəsini seçmək hüququnu təsbit etsə də, mövcud qaydalara görə onkoloji yardım yalnız dövlət müəssisələrində göstərilə bilir. Bu isə pasiyentin seçim hüququnun faktiki olaraq məhdudlaşmasına səbəb olur.
Mövcud qanunvericiliyə görə hər hansı özəl tibb müəssisəsi onkoloji xidmət göstərərsə, bu fəaliyyət lisenziyadan kənar hesab olunur və məsuliyyətə səbəb olur. Digər tərəfdən, ölkədə onkoloji xəstələrin sayının çoxluğu və müalicənin yalnız dövlət büdcəsi hesabına aparılması bir sıra vətəndaşların ölkə xaricində müalicəyə üz tutmasına gətirib çıxarır. Halbuki, ölkə ərazisində müasir avadanlıqlarla təchiz olunmuş və ixtisaslı həkimlərin fəaliyyət göstərdiyi özəl tibb müəssisələri mövcuddur.
Bu səbəbdən qanunvericiliyə dəyişiklik edilərək “Lisenziyalar və icazələr haqqında” Qanunun tələblərinə uyğun şəkildə özəl tibb müəssisələrinə də onkoloji yardım göstərmək hüququnun verilməsi təklif olunur. Dəyişikliklərə əsasən, yalnız onkoloji yardım üzrə müvafiq lisenziyaya malik özəl tibb müəssisələri bu fəaliyyəti həyata keçirə biləcək.
Layihənin qəbul edilməsi nəticəsində vətəndaşlar öz iradələrinə uyğun olaraq dövlət və ya lisenziyalı özəl tibb müəssisəsində müalicə almaq imkanı qazanacaqlar. Bununla da Azərbaycan Respublikasının vətəndaşlarının, eləcə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müalicə həkimini və tibb müəssisəsini sərbəst seçmək hüququnun təmin olunacağı gözlənilir.
Layihə səsə qoyularaq yekdilliklə qəbul edilib.


Paylaş



Bölmə: Sağlamlıq / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!