Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
Tarix : 30-01-2026, 21:42
“Dünya türkdən başlanır,   biz Azərbaycan türkləriyik!”


“Dünya türkdən başlanır,

biz Azərbaycan türkləriyik!”


Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Aparatının Elmi irs şöbəsinin rəhbəri, tarix elmləri doktoru, professor Zemfira Hacıyeva institusional həmrəylik və türk dünyasına xidmətə görə plaketlə mükafatlandırılıb. UNESCO-nun elan etdiyi “Dünya Türk Dili Ailəsi günü”nə həsr olunmuş tədbir Ankara Kent Konseyində Turan Dövlətləri Birləşmiş Konfederasiyası (TURKKON) tərəfindən düzənlənib.
Tədbirin “Türk dünyası tarixi konfransları” adlı panelində çıxış edən tarix elmləri doktoru Zemfira Hacıyeva “Dünya türkdən başlanır, biz Azərbaycan türkləriyik!” mövzusunda təqdimatla çıxış edib.

Tədbirin sonunda dünya türk dili ailəsinə sunulan dəyərə və göstərilən töhfələrə görə azərbaycanlı alimlərə təşəkkürünü bildirən TURKKON rəhbərliyi mükafatı Elmi irs şöbəsinin müdiri, tarix elmləri doktoru Zemfira Hacıyevaya təqdim edib.

Qeyd edək ki, panel zamanı türk dilinin tarixi, bu günü və qarşıda dayanan inkişaf perspektivləri mövzusunda müzakirələr aparılıb, tanınmış alim və tədqiqatçıların məruzələri dinlənilib.

Hörmətlə, Gülnar Hacıyeva

AMEA Rəyasət Heyəti Aparatı Elmi irs şöbəsinin
baş mütəxəssisi


Paylaş



Bölmə: Turan / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!