Sabah Azərbaycan Ermənistana neft göndərəcək .....                        Kadırov da həbs edilsin! - Zelenskidən təklif .....                        Ərdoğan qalmaqallı xəbəri təkzib etdi .....                        Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI .....                        Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı .....                        Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir .....                        DİN sürücülərə çağırış etdi .....                        Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi .....                        Prezident bu şəxsləri təltif etdi - SİYAHI .....                       
Tarix : 13-03-2020, 11:57
Azərbaycanlı alimin rəhbərliyi ilə beynəlxalq elmi konfrans keçirilib - FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Ramazan Qafarlının rəhbərliyi ilə Türkiyənin paytaxtı Ankarada II Beynəlxalq elmi araşdırmalar konqresi keçirilib.
Butov.az xəbər verir ki, Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Ukrayna, Rusiya və Moldovadan alimlərin iştirak etdiyi beynəlxalq konfransda texniki və humanitar elm sahələrini əhatə edən doqquz bölmə üzrə 98 məruzə dinlənilib, müzakirələr aparılıb.
Konfransda professor Ramazan Qafarlının “Dədə Qorqud” eposunun “Türkmən-lisani” nüsxəsinin struktur-semantik xüsusiyyətləri”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Həcər Hüseynovanın “Türk dilinin dünya dillərinə təsiri (rus dili)” mövzularında məruzələri maraqla qarşılanıb. Tədbirdə, həmçinin Bakı Dövlət Universitetinin dosenti Güləhməd İmanov və AMEA-nın Folklor İnstitutunun dosenti Aynur Cəlilova məruzələrlə çıxış ediblər.
Konfrans iştirakçılarına R.Qafarlının imzaladığı sertifikatlar təqdim edilib.
Tədbir çərçivəsində gənc alim Əlvan Cəfərovun Türkiyənin İksad nəşriyyatında çap olunan “Azərbaycan Respublikasının Ağdam rayonu dialektlərinin toplanması və linqvistik təhlili” kitabının imza günü keçirilib.
Konfransın yekun iclasında professor Ramazan Qafarlı xüsusi diplomla mükafatlandırılıb.
Azərbaycanlı alimin rəhbərliyi ilə beynəlxalq elmi konfrans keçirilib - FOTOLAR
Azərbaycanlı alimin rəhbərliyi ilə beynəlxalq elmi konfrans keçirilib - FOTOLAR
Azərbaycanlı alimin rəhbərliyi ilə beynəlxalq elmi konfrans keçirilib - FOTOLAR


Paylaş



Bölmə: Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!