Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                       
Tarix : 12-03-2019, 12:56
Ankarada ADMİU-nun iştirakı ilə “Azərbaycanın qəhrəman qadınları” adlı konfrans keçirilib

Ankaranın Qazi Universitetinin Rəsm-İş bölümü və Türk Sanat Toplumunun təşkilatçılığı ilə “Azərbaycanın qəhrəman qadınları” adlı konfrans keçirilib. Universitet tərəfindən artıq dördüncü dəfə təşkil olunan ənənəvi “Türk millətinin Alp qadınları” layihəsinin çərçivəsində keçirilən konfrans bu il xalqımızın qəhrəman qadınlarına həsr olunub. Konfransda ADMİU-nun nümayədələri aktiv iştirak ediblər. Tədbirin açılışında Qazi Universitetinin Rəsm-İş bölümünün müdiri professor Alev Kuru Çakmakoğlu, Azərbaycanın Türkiyədəki Səfirinin xanımı Zümrüd İbrahim, Təhsil müşavirimiz Nəcibə Nəsibova çıxış ediblər. Konfransın birinci panelində professor Aybəniz Kəngərli-Əliyevanın “Azərbaycan nağıllarında qəhrəman qadın obrazları” məruzəsi təqdim olunub. Daha sonra ADMİU-nun Rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova “Təsviri sənətdə Tomris hökmdarın ikonoqrafiyasına dair” adlı məruzə ilə çıxış edib. İkinci paneldə ADMİU-nun prorektoru, professor Gülşən Əliyeva-Kəngərlinin “Azərbaycanın qəhrəman qadınları” məruzəsi izləyicilərə təqdim olunub. Qazi Universitetinin professor-müəllim və tələbə həyəti məruzələri maraqla dinləyib, daha sonra Sevil Kərimova dinləyicilərin suallarını cavablandırıb.
Ankarada ADMİU-nun iştirakı ilə “Azərbaycanın qəhrəman qadınları” adlı konfrans keçirilib
Ankarada ADMİU-nun iştirakı ilə “Azərbaycanın qəhrəman qadınları” adlı konfrans keçirilib


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!