Tramp Makronu qarşılamadı .....                        İkinci kurs tələbəsi vəfat etdi .....                        "Gülüstan" sarayında dövlət ziyafəti verilir .....                        Bakıda Azərbaycan-Pakistan biznes forumu - Liderlər çıxış ediblər .....                        Qara görə 8 aviareys təxirə salındı .....                        Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr .....                        Şahbaz Şərif İlham Əliyevi Pakistana dəvət etdi .....                        Hacıqabulda yaşayış binasında partlayış - Xəsarət alan var .....                        "Axmat" batalyonunun qəddar komandiri Ukraynada öldü .....                       
Tarix : 6-04-2018, 17:32
Mili-mənəvi dəyərlərimiz Azərbaycan gənclərinin gözü ilə


Butov.az xəbər verir ki, aprelin 3 - də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ),Bakıİslam Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və digər ali təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının iştirakı ilə “Mili-mənəvi dəyərlərimiz Azərbaycan gənclərinin gözü ilə” adlı gənclər konfransı keçirildi. Konfrans Gəncliyə Yardım Fondunun (GYF) akt zalında baş tutdu.

Konfransın moderatoru qismində tədbirin təşəbbüskarı, gənc alim, Bakı İslam Universitetinin kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Təhsil Akademiyasının yeganə azərbaycanlı müxbir-üzvü Elvin Talışınski idi. Konfransda gənclər təşkilatlarından və bir çox dövlət və özəl ali təhsil müəssisələrinin TGT və TEC sədrləri, gənc fəallar, ictimai xadimlər və mətbuat nümayəndələri iştirak edirdi.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra Bakı İslam Universitetinin kafedra müdiri Elvin Talışınski konfrans iştirakçılarını salamladı və milli-mənəvi dəyərlərin çox mühüm mövzu olduğunu və gənclərin bu məsələdə elmi və dini baxımdan maarifləndirilməsinin vacib olduğunu qeyd etdi. Konfrans Elvin Talışınski tərəfindən açıq elan olundu. Gənclər qarşısında çıxış edən E.Talışınski, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Elm və təhsil departamentinin direktoru Əzizə Nəcəfova, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev gənclərin maarifləndirilməsi işinin aparılmasının mühüm və strateji istiqamətlərdən olduğunu qeyd etdilər.
Çıxış edənlər bu konfransın keçirilməsində əsas məqsəd Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu olan milli-mənəvi dəyərlərimizin gənclərə aşılanması, dövlətin hər cür resurslardan səmərəli istifadə yolları ilə formalaşdırmağa çalışdığı başlıca dəyərlərin gənclərin həyatlarının bütün sahələrində tətbiqinin təmin edilməsi, həmçinin onların dini cəhətdən maarifləndirilməsi, milli-mənəvi dəyərlərinin daha da artırılması, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq və gələcək nəsillərə ötürülməsində gənclərin rolunun vurğuladılar.

Sonra söz gənclərə verildi. Bakı İslam Universitetinin TGT sədri Qorxmaz Paşayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin TGT-sinin Elm və təhsil departamentinin direktoru Taleh Mirzəyev, Azərbaycan Dillər Universitetinin TGT sədri müavini Samirə Mikayıllı, Bakı İslam Universitetinin magistr tələbəsi Şükür Əndəlifov, Odlar Yurdu Universitetinin TEC sədri Arzu Cəfərzadə, Qərbi Kaspi Universitetinin Tələbə Könüllü Birliyinin sədri Yadigar Nağıyev, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin TGT sədri Ruslan Yusifov, Bakı İslam Universitetinin TGT sədr müavini Xədicə Ağayeva, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının TGT üzvü Kamil Abbas, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin TGT sədri İman Sadıqov öz məruzələri və dəyərli fikirləri ilə konfrans iştirakçıları qarşısında çıxış etdilər.

Mili-mənəvi dəyərlərimiz Azərbaycan gənclərinin gözü ilə


Məruzələr bitdikdən sonra mövzular ətrafında müzakirələrə yer verildi. Daha sonra konfransda fəal iştiraklarına görə fəal gənclər ATGTİ tərəfindən diplomlarla təltif edildi.

Sonda “Mili-mənəvi dəyərlərimiz Azərbaycan gənclərinin gözü ilə” adlı gənclər konfransıın iştirakçılarının xatirə fotoşəkli çəkildi.


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!