Baş katib Vaşinqton görüşünü yaxından izləyir .....                        İki rayonda təbiətə 18 min ziyan vuruldu .....                        Dənizdə batan şəxsin meyiti tapıldı .....                        Hökumə Əliyevaya görə 1 dəqiqlik sükut - VİDEO .....                        Azərbaycanla Ermənistan sülh razılaşması imzalayacaq - AĞ EV .....                        1151 taksi sürücüsü DİM-in imtahanından keçdi .....                        Xankəndiyə getmək istəyənlər üçün ŞAD XƏBƏR! .....                        TƏBRİK EDİRİK! .....                        Rəsmi Bakıdan Gürcüstana dəstək mesajı .....                       
Tarix : 31-07-2017, 11:38
"Vətənpərvərlik milli-mənəvi dəyərlərimiz kimi" mövzusunda konfrans keçirilib



Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Vətənpərvərlik milli-mənəvi dəyərlərimiz kimi" mövzusunda konfrans keçirilib.


Butov.az APA - ya istinadən xəbər verir ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin rəsmi şəxsləri, dini konfessiya rəhbərləri və gənclər iştirak ediblər.

Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov cəmiyyətdə vətənpərvərliyin təbliği zəruri və aktual olduğunu söyləyib:
"Gənclər arasında vətənpərvərliyin təbliğində təhsil müəssisələri, müəllim və pedaqoqlarla yanaşı, din xadimləri, dini icmalar da iştirak etməlidirlər. Bu sahədə fəaliyyətimizin birgə koordinasiya edilməsinə ehtiyac var. Çünki gənclərin təhsil müəssisələrindən sonra ən çox üz tutduqları məkanlar dini ibadət yerlərdir. Ona görə də vətənpərvərliyin təbliğində dini icmaların rolu böyükdür. Bu gün konfransda müxtəlif dini konfessiyaların rəhbərləri iştirak edir. Bu, o deməkdir ki, vətənpərvərliyin təbliğində bütün dini konfessiyalar, icmalar yaxından iştirak etməlidir. 2016-cı ilin aprel döyüşləri göstərdi ki, Azərbaycan gəncləri bizim düşündüyümüzdən də vətənpərvərdir".

Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov mövzu ilə əlaqədar təqdimatla çıxış edib.

Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Rus-Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov məruzə ilə çıxış ediblər.


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!