Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                        Aprel qələbəsinin 10-cu ili... .....                        Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi .....                        Zelenski Trampın elçiləri ilə videozənglə danışdı .....                        Siyəzəndə dəm qazı faciəsi: qadın hamamda öldü .....                        Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək .....                        Xamenei: "Ölkənin siyasəti dəyişməzdir" .....                       
Tarix : 27-09-2017, 14:49
İƏT tarixində ilk dəfə: “Müsəlman gənclərin durumu” hesabatı


Sentyabrın 26-da İstanbulda, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun təşkilatçılığı ilə, İƏT tarixində ilk dəfə bu ildən başlayaraq keçirilən Gənclər Gününə həsr olunmuş“Müsəlman Gəncliyinin Durumu” adlı, yüksək səviyyəli beynəlxalq konfrans keçirilib. Konfransda eyni zamanda İƏT üzv ölkələrin gənclərinin durumunu əks etdirən ilk tədqiqat hesabatının təqdimatı da keçirildi.

Tədbirin rəsmi açılış mərasimində Azərbaycan, Turkiyə, Qətər, Fələstin dövlətlərinin Gənclər və İdman nazirlərinin, digər rəsmi qonaqların çıxış etdiyi Konfransda İƏT və BMT-nin yüksək səviyyəli təmsiliçiləri, İstanbulda fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri, 30-dan artıq ölkənin gənc iderləri və aparıcı gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Konfransda açılış nitqi ilə çıxış edən İƏT Gənclər Forumunun sədri səfir Elşad İskəndərov İslam dünyasının üzləşdiyi problemlərə diqqət çəkərək, bu problemlərin ilk qurbanlarının məhz gənclər olduğunu qeyd etməklə, həmin problemlərin həllinin müasir müsəlman gəncliyinin inkişafı, onların təhsil, işlə təmin olunma, iqtisadi müstəqillik perspektivlərinin genişləndirilməsindən keçdiyini bildirib. “Məhz bu baxımdan İƏT tarixində ilk dəfə həmkar strukturlar ilə birgə əsaslı tədqiqat nəticəsində hazırlanmış “Müsəlman Gəncliyinin Durumu” hesabatı gələcəyə yönəlmiş məqsədləri aydınlada bilər,” - E.İskəndərov əlavə edib.

Daha sonra İƏT Xarici İşlər Nazirləri Konfransının 44-cü sessiyasında, İƏT Gənclər Forumunun təşəbbüsü ilə qəbul edilmiş qətnaməyə əsasən ilk dəfə bu ildən etibarən 3 sentyabr tarixində qeyd olunmağa başlayan Gənclər Günü ilə bağlı üzv ölkələrdə keçirilmiş tədbirlərin xülasəsi də təqdim edilmiş, əhəmiyyəti qeyd edilmiş, gələcək illər üçün perspektivləri müzakirə edilib.
Konfransda həmçinin bildirilmişdir ki, Gənclər Günü tarixi 2006-cı ilin 3 sentyabrında Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının birgə iştirakı ilə İstanbulda İƏT Gənclər Forumun Baş Qərargahının açılış mərasimi günü ilə əlaqədar seçilib.Bunu Azərbaycan və Türkiyənin uğurlu beynəlxalq təşəbbüslərinə İƏT-də verilən yüksək qiymət kimi dəyərləndirən İƏT Gənclər Forumu sədri Elşad İskəndərov, ilk Gənclik Gününün süaurının2017-ci ili “İslam Həmrəylik İli” elan etmiş Azərbaycan Prezidenti İlham Əliyev cənablarının təşəbbüsünə dəstək olaraq “Fəaliyyətdə Həmrəylik” olduğunun qeyd edib.


Paylaş



Bölmə: Ana seife / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!