Təmsilçilərimiz "Eurovision"da çıxış etdilər .....                        Dönərdən zəhərlənənlərin sayı 40-a çatdı .....                        Ölənə qədər vəzifədə olmalı deyiləm ki? - Novruz Məmmədov .....                        Robert Fitso Azərbaycana səfəri barədə nələr dedi? - VİDEO .....                        Ermənistan-Azərbaycan sərhədində zəlzələ .....                        Əli Əsədov Türkiyə mətbuatına müsahibə verdi .....                        Küveyt əmiri Türkiyədə rəsmi səfərdədir .....                        Şəhidimizin nəşi 30 ildən sonra doğma kəndində dəfn edildi - FOTO .....                        Kapital Bank-ın Laçın filialı açıldı .....                       
Tarix : 2-02-2017, 19:46
Gənclər Günü ədliyyə orqanlarında qeyd olunub

Ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinə bəxş etdiyi 2 fevral - Gənclər Günü artıq 20 ildir ki, ölkəmizdə geniş qeyd olunur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti yeni nəslin hərtərəfli inkişafına, onların ölkə həyatının bütün sahələrində fəal iştirakına əlverişli imkanlar yaradır.

Ədliyyə orqanlarında geniş təmsil olunan gənclərə xüsusi qayğı ilə yanaşılır, onların işlə təminatı daim diqqətdə saxlanılaraq müasir İKT-lər tətbiq olunmaqla və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəffaf seçimlər əsasında qulluğa qəbul olunurlar. Hazırda ədliyyə sistemində çalışan işçilərin təxminən yarısını gənclər təşkil edir və onlar ədliyyənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər.

Butov.az xəbər verir ki, Ədliyyə Nazirliyi Mətbuat xidmətindən AzVision.az–a verilən xəbərə görə, əlamətdar gün münasibətilə ədliyyə orqanlarında silsilə tədbirlər keçirilib, o cümlədən bu ərəfədə sınaq müddətini bitirən 40-dək gənc daimi qulluğa qəbul olunub, onlara ilk xüsusi rütbələr verilib, gənc ədliyyə işçiləri tərəfindən mətbuatda çıxışlar edilib, nazirlikdə Gənclər Gününə həsr olunmuş foto-slaydlar nümayiş etdirilib.

Nazirliyin rəhbərliyinin gənc ədliyyə işçiləri və bu ərəfədə fəaliyyətə cəlb olunmuş bir qrup könüllülərlə keçirilmiş görüşlərində ölkəmizdə dövlət gənclər siyasəti ilə bağlı mükəmməl qanunvericilik bazasının yaradıldığı, dövlətçiliyə, milli-mənəvi dəyərlərə sadiq, intellektual və peşəkar bacarıqlara yiyələnən Azərbaycan gəncliyinin formalaşdığı qeyd olunub. Tədbirlərdə Ulu Öndərin gənclərə qayğısından, dövlət başçısı tərəfindən müasir tələblərə cavab verən gənc nəslin yetişməsi üzrə həyata keçirilən işlərdən, o cümlədən könüllülük institutunun cəmiyyətimiz üçün səmərəsindən bəhs olunub.

Ölkə Prezidentinin regionların sosial-iqtisadi inkişafına dair iclasda proqram xarakterli çıxışında məmur-vətəndaş münasibətləri, neqativ hallara qəti son qoyulması, hər bir məmurun əsas vəzifəsinin xalqa xidmət göstərməsi, etik davranış qaydalarına dönmədən riayət etmələri, təvazökar olmaları ilə bağlı tələbləri diqqətə çatdırılaraq vətəndaşlara hər zaman qayğılı münasibət göstərilməsi və məmnunluğun yüksəldilməsi vurğulanıb.

Həmçinin, gənclərə vətənpərvər və milli ruhda fəaliyyət göstərmələri, bilik və bacarıqlarını ölkəmizin inkişafı naminə səfərbər etmələri, ictimai maraq doğuran məsələlərdə hər zaman dövlətçilik mövqeyindən çıxış etmələri, vəzifələrini layiqincə yerinə yetirmələri barədə tövsiyələr verilib.

Gənc ədliyyə işçiləri və könüllülər ölkə rəhbərliyi tərəfindən Azərbaycan gəncliyinin inkişafı üçün hər cür şəraitin yaradıldığını dərin minnətdarlıq hissi ilə vurğulayaraq, ölkəmizin tərəqqisinin və əmin-amanlığının təmin olunması və hüquqi dövlətin inkişafı naminə dövlət başçısına layiqli yardımçı olacaqlarını, gələcək fəaliyyətlərində üzərlərinə düşən vəzifələrini vicdanla və məsuliyyətlə icra etmək üçün qüvvə və bacarıqlarını əsirgəməyəcəklərini söyləyiblər.

Könüllülər nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri ilə tanış olublar. Gənclər günü Ədliyyə Nazirliyinin struktur qurumlarında da geniş qeyd edilib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!