20-dən çox terrorçu məhv edildi .....                        Zəlzələdə ölənlərin 3500-ə çatır .....                        Çox acınacaqlı və üzücü haldır - Kobaxidze təəssüfləndi .....                        Boşanmaq istəyən arvadının qulağını kəsdi - Polis yaxaladı .....                        5 ay əvvəl həlak olan azərbaycanlıların meyitləri tapıldı .....                        Gənc oğlan siqaretə görə bıçaqlandı .....                        Atəşkəs üçün heç bir ilkin şərt ola bilməz .....                        Sahibə Qafarova Gilani ilə görüşdü - FOTO .....                        Sahibə Qafarova Gilani ilə görüşdü - FOTO .....                       
Tarix : 27-11-2019, 13:57
Elm Tarixi İnstitutu görkəmli ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunan elmi seminar keçirib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan, görkəmli ictimai-siyasi xadim, jurnalist, yazıçı, publisist, alim, diplomat, dövlət adamı Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunan "Azərbaycanın və türk dünyasının ictimai-siyasi xadimi" adlı elmi seminar keçirib.
Butov.az-a verilən məlumata görə seminarı giriş sözü ilə Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru, dosent Məryəm Seyidbəyli açıb. M.Seyidbəyli Əhməd bəy Ağaoğlunun coxcəhətli fəaliyyətini, milli xidmətlərini tarixilik və müasirlik fonunda xarakterizə edərək Azərbaycan ictimai-fikir tarixində onun özünəməxsus imza atdığını qeyd edib.
AMEA İctimai Elmlər bölməsinin akademik-katibi akademik Nərgiz Axundova dövlət başçısının göstərişi ilə Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin ölkə səviyyəsində keçirilməsinin elmi-ictimai əhəmiyyətindən danışıb. Qeyd edib ki, görkəmli şəxsiyyətlərimizə həsr olunan belə kütləvi tədbirlər onların parlaq həyat və fəaliyyətlərinin dərindən öyrənilməsi və təbliğ edilməsi baxımından çox faydalıdır.
Sonra İnstitutun əməkdaşları - elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “Əhməd bəy Ağaoğlu – Difai fədaisi”, ETİ Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdir tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov “Əhməd bəy Ağaoğlu və Atatürk münasibətləri”, ETİ Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdir əvəzedicisi, fəlsəfə elmləri doktoru, dosent Ələddin Məlikov “Əhməd bəy Ağaoğluna görə islahat zərurəti”, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev “Əhməd bəy Ağaoğlunun əsərlərində İran/Persiya məsələsi” mövzusunda məruzələrlə çıxış ediblər.
Çıxışlarda Ə.Ağaoğlunun həyat və fəaliyyətinə, elmi baxışlarına, siyasi görüşlərinə aydınlıq gətirilib. Onun başdan-başa milli məfkurəylə yoğrulmuş böyük mücadilə adamı olmaqla yanaşı, həm də böyük islahatçı, maarifçi, alim, diplomat və dövlət adamı olduğu vurğulanıb. Məruzələrdə onun Atatürklə yaxın münasibəti, Türkiyə Cümhuriyyətinin qurulmasında ideoloji-siyasi rolu, maarif naziri olması, Türkiyə Böyük Millət Məclisində ardıcıl olaraq 2 dəfə millət vəkili seçilməsi, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasındakı özünəməxsus rolu, əsrin əvvəlində Azərbaycan türklərini soyqırıma məruz qoyan erməni daşnaklara qarşı yaratdığı “Difai” hərəkatındakı misilsiz xidmətləri və həmişə sadiq qaldığı türkçü-turançı fikirləri, islahatçı mövqeyi tarixi faktların, sənədlərin dili ilə ifadə olunub.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.
Elm Tarixi İnstitutu görkəmli ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunan elmi seminar keçirib
Elm Tarixi İnstitutu görkəmli ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunan elmi seminar keçirib


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!