Azərbaycanda sükut günüdür .....                        Təyyarə qəzasında həlak olanlardan biri bu universitetin tələbəsidir .....                        Təyyarə qəzası ilə bağlı birgə məlumat .....                        Ərdoğan İlham Əliyevə məktub göndərdi .....                        Təyyarə iki dəfə dövrə vurub, üçüncüdə yerə çırpılıb .....                        "Səkkiz nəfər getmişdilər, ikisindən xəbər var" - VİDEO .....                        Yazıçılar Birliyində kitab təqdimatı .....                        Türkiyədə klub prezidenti istefa verdi .....                        Nazirlər yaralı azərbaycanlılara baş çəkdilər .....                       
Tarix : 13-08-2013, 12:54
Bizi bu qayğıdan kimlər və niyə məhrum edirlər?

Dövlətimizin 2013-cü ildə mətbuatın inkişafı üçün ayırdığı pulun 255.000 (iki yüz əlli beş min) manatını Azərbaycan Respublikası Prezidenti yanında KİVDDF-nin icraçı direktoru Vüqar Səfərli özünün "Mövqe" və "Futbol+Qol" qəzetlərinə ayırıb. "Bütöv Azərbaycan"ın qədərini isə siyahını oxuyandan sonra paylaşarıq.

Mətbuata dövlət qayğısı


2013-cü ilin I yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı Fonda 32 redaksiyadan layihə təklifi daxil olub. 31 qəzet redaksiyasına maliyyə yardımının ayrılması qərara alınıb. Həmin qəzet redaksiyaları aşağıdakılardı;

1. “525-ci qəzet” 60.000
2. “Ayna-Zerkalo” 60.000
3. “Bakı-xəbər” 60.000
4 “Ədalət” 60.000
5. “Kaspi” 60.000
6. “Mövqe 60.000
7. “Olaylar” 60.000
8. “Səs” 60.000
9. “Yeni Azərbaycan” 60.000
10. “Yeni Müsavat” 60.000
11. “Ekspress” 60.000
12. “Azadlıq” 60.000
13. “Palitra” 60.000
14. "Futbol+Qol" 40.000
15. “Həftə içi” 40.000
16. “Azad Azərbaycan” 40.000
17. “Paralel” 40.000
18. “Xalq cəbhəsi” 40.000
19. “Şərq” 40.000
20. “Bizim Yol” 40.000
21. “Üç nöqtə” 30.000
22. “Novoye Vremya” 30.000
23. “Futbol+” 30.000
24. “Olimpiya dünyası” 20.000
25. “Azernews” 20.000
26. “Oxu məni” 15.000
27. “Reytinq” 10.000
28. “Hərbi and” 8.000
29. “Türküstan” 8.000
30. “Təhsil problemləri” 8.000
31. “The Business Times” 8.000

32. ”Bütöv Azərbaycan" qəzeti 0000

Cəmi 1.247.000

31 qəzetə həm də birdəfəlik maliyyə yardımının ayrılması ilə bağlı qərar qəbul olunub.


1. “525-ci qəzet” 35.000
2. “Ayna-Zerkalo” 35.000
3. “Bakı-xəbər” 35.000
4. “Ədalət” 35.000
5. Kaspi” 35.000
6. “Mövqe” 35.000
7. “Olaylar” 35.000
8. “Səs” 35.000
9. “Yeni Azərbaycan” 35.000
10. “Yeni Müsavat” 35.000
11. “Ekspress” 35.000
12. “Azadlıq” 35.000
13 Palitra 35.000
14. "Futbol+Qol" 20.000
15. “Həftə içi” 20.000
16. “Azad Azərbaycan” 20.000
17. “Paralel” 20.000
18. “Xalq cəbhəsi” 20.000
19. “Şərq” 20.000
20. “Üç nöqtə” 20.000
21. “Novoye Vremya” 20.000
22. “Bizim yol” 20.000
23. “Olimpiya dünyası” 15.000
24. “Oxu məni” 15.000
25. “Azernews” 15.000
26. “Futbol+” 10.000
27. “Reytinq” 10.000
28. “Təhsil problemləri” 10.000
29. “The Business Times” 10.000
30. “Hərbi and” 10.000
31. “Türküstan” 10.000

Cəmi 740.000


28 iyun 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Vüqar Səfərli bildirib ki, 2013-cü ilin II yarımilliyi üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə qatılmaq üçün Fonda 32 redaksiyadan layihə təklifi daxil olub.
Müşahidə Şurasının üzvləri 31 qəzet redaksiyasına maliyyə yardımının ayrılmasına qərar veriblər.

№ Qəzetin adı: məbləğlər
1. "Yeni Azərbaycan" qəzeti 60 000
2. "Yeni Müsavat" qəzeti 60 000
3. "Ayna-Zerkalo" qəzeti 60 000
4. "Azadlıq" qəzeti 60 000
5. "Səs" qəzeti 60 000
6. "Kaspi" qəzeti 60 000
7. "Mövqe" qəzeti 60 000
8. "Ədalət" qəzeti 60 000
9. "525-ci" qəzet 60 000
10. "Bakı-Xəbər" qəzeti 60 000
11. "Olaylar" qəzeti 60 000
12. "Ekspress" qəzeti 60 000
13. "Palitra" qəzeti 60 000
14. "Paralel" qəzeti 40 000
15. "Həftə İçi" qəzeti 40 000
16. "Azad Azərbaycan" qəzeti 40 000
17. "Şərq" qəzeti 40 000
18. "Xalq Cəbhəsi" qəzeti 40 000
19. "Futbol+Qol" qəzeti 40 000
20. "Bizim Yol" qəzeti 40 000
21. "Novoye Vremya" qəzeti 30 000
22. "Futbol +" qəzeti 30 000
23. "Üç Nöqtə" qəzeti 30 000
24. "Olimpiya Dünyası"qəzeti 20 000
25. "Oxu Məni" qəzeti 15 000
26. "Azernews" qəzeti 20 000
27. "Reytinq" qəzeti 10 000
28. "Təhsil Problemləri" qəzeti 8 000
29. "The Business Times" 8 000
30. "Hərbi And" qəzeti 8 000
31. "Türküstan" qəzeti 8 000

32. ”Bütöv
Azərbaycan" qəzeti 0000



Əziz oxucular, fikir verdinizsə, hər iki halda layihə təqdim etmiş 32 qəzetdən 31-nə maliyyə yardımı ayrılıb.Hər dəfə kənarda qalan yalnız "Bütöv Azərbaycan" qəzeti olub. Xatırladaq ki, fondun verdiyi elanda tələb olunan sənədlərin hamısı ümumi qaydada təqdim olunmuş və mütəxəssislər tərəfindən yoxlanılaraq qəbul edilmişdir. İyunun 27-də- vaxt bitdikdən 2 gün sonra iş saatı başa çatanda - 18:35-də Vüqar Səfərli mobil telefona zəng vuraraq "Bütöv Azərbaycan" qəzeti redaksiyasından elanda tələb olunmayan aşağıdakı sənədlərin surətlərini tələb etdi:
1. Yayım firmaları ilə müqavilə
2. Abunəçilərlə müqavilə
3. Kassa-mədaxil qəbzinin surəti .
4. Vergi ödəməsi haqqında hesabat.

Ayın 28-də səhər saat 11-də sənədlərin surətlərini şəxsən Vüqar Səfərliyə təqdim etdikdə növbəti tələblə üzləşdik:
1. Yayım firmaları ilə müqavilənin əsli.
2. Abunəçilərlə müqavilənin əsli.
3. Kassa-mədaxil qəbzinin əsli.
4. Vergi ödəməsi haqqında hesabat, Vergilər Nazirliyindən.
5.Vergi ödəyicisinin şəxsi kodu. (Xatırladaq ki, bu kodun fiziki şəxsdən başqa kimsəyə verilməsi qanunla qadağandır.)

Onları da təqdim etdik və saat 17:35-də Müşahidə Şurasının iclası başlandı. Nədənsə şura üzvlərini 1937-ci ildə Hüseyn Cavidi, babamı mühakimə edən Şura üçlüyünə bənzətdim.

Hörmətli Vüqar Rəhimzadə sənədlərimizi göydə yellədərək : "Mən Tamxil müəllimin xətrini çox istəyirəm, ancaq bu sənədlərin hamısı saxtadır, deyir. Vüqar Səfərlinin "səxavət kisəsi" ilə həqiqət arasında vicdan əzabı çəkən Rəşad Məcidlə Müşfiq Ələsgərlini sıxıntıdan Əflatun Amaşov qurtardı:

"Yoldaşlar, burada qaranlıq məqamlar var, ona görə də "Bütöv Azərbaycan" qəzetinin "Azərbaycançılıq ideasının təbliği" layihəsi qəbul olunmasın."
Bəli, Əflatun müəllim, burada qaranlıq məqamlar çoxdur.

Birincisi: Nədənsə Neftçi-hüquqşünas, əməkdar jurnalist Vüqar Rəhimzadə rəsmi dövlət qurumlarının möhürü ilə təsdiqlənmiş sənədləri saxta adlandırır. Belə çıxır ki, "Bütöv Azərbaycan" qəzetinə arayış, digər müqavilə sənədləri verən bütün qurumların rəhbərləri saxtakardır.

İkincisi: Univerisitet təhsilli tətbiqi-riyaziyyatçı Vüqar Səfərli (653+227+200+16=1096) adi hesablamanı aparıb 1096 ilə 750-nin fərqini tapa bilmir. Əgər hesablaya bilsəydi, görərdi ki, "Bütöv Azərbaycan" qəzetinin satışı və abunə yolu ilə yayılması fondun tələb etdiyindən 346 ədəd artıqdır.

Üçüncüsü: Əflatun Amaşov 5 ildə Mətbuat Şurasına verdiyimiz 500 (beş yüz) manat üzvlük haqqından utanmadan "Bütöv Azərbaycan" qəzetini dövlətin ayırdığı yardımdan məhrum etmək qərarına lobbiçilik edir. Digər qaranlıq məqamlarla "Qaranlıq məqamlar" yazımızda tanış ola bilərsiniz.


Paylaş



Bölmə: Xəbər / Köşə / Manşet
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!